Qumuqiya (qumuqca:Къумукъ) və ya digər forması ilə Qumuqustan — Xəzər dənizi sahilləri boyunca, Qumuq platosunda, Dağıstan dağlarının ətəklərində, Terek çayı boyunca yerləşən tarixi və coğrafi region. Qumuqiya termini ilə türk xalqlarından olan qumuqların tarixən və hal-hazırda yaşadıqları ərazilər nəzərdə tutulur. Qumuqiya Dağıstan bölgəsinin əsas taxıl ehtiyacının qarşılandığı bölgə hesab edilir. İpək yolunun mühüm qolları və s. digər vacib ticarət yolları bu bölgədən keçmişdir.
Qumuqiya müasir Dağıstan Respublikasının, Çeçenistanın və Şimali Osetiyanın bir hissəsini təşkil edirdi.
Qumuqiyanın regionları thumb|209x209px|Şərqi Avropanın etnoqrafik xəritəsində Qumuqiya. Dr. G. Gerland tərəfindən 1880-ci ildə hazırlanmışdır. Qumuqiyada mövcud olmuş bölgələrdən biri şamxallıqdır. Buranın bir digər adı Tərki şamxallığıdır (qumuqca:Tarğu Şawhallıq). Şamxallığın VIII əsrdə formalaşdığı və XIX əsrə qədər davam etdiyi düşünülməkdədir. Lakin bu dövlət qurumu XVI əsrdə müxtəlif feodal hakimliklərinə parçalanmışdır. Şamxallığa Rusiya imperiyası son qoymuşdur. Şamxallığın hakimi olan şəxs bütün Dağıstanın hakimi hesab edilirdi və şamxal titulu ilə yanaşı Dağıstan valisi titulunu da daşıyırdı. XVI əsrin sonunda şamxallıq de-fakto Osmanlı imperiyasının vassalı olan dövlətlərdən biri olmaqla yanaşı, özünün də Balkariyadan Şimali Qafqaza qədər uzanan vassal bölgələri mövcud idi. XVI əsrdən etibarən şamxallıq Rusiya dövlətinin cənub sərhədinə yönəlik xarici siyasətində mühüm yer tutmağa başladı. Çünki şamxallıq Rusiyanın cənuba doğru irəliləməsində əsas əngəl idi. Bu yöndə irəliləmə üçün Rusiya eyni zamanda Səfəvi və Osmanlı imperiyaları ilə də mübarizə aparmalı idi.
Şamxalın mülkləri Şamxal mülkü və ya Şamxal ulusu deyildikdə birbaşa şamxalın sülaləsinin hakimiyyəti altında olan torpaqlar nəzərdə tutulur. Bu adlandırma şamxallığın XVI əsrdə parçalanmasından sonra belə dəyişmədən 1867-ci ildə dövlətin Rusiya tərəfindən ləğv edilməsinə qədər saxlanılmışdır. Bu bölgədə yaşayan qumuqlar şamxallılar adlandırılırdılar. Qafqaz müharibəsi zamanı bir çox anti-rus qumuq üsyanları bu bölgədə meydana çıxmışdır. Şamxal mülkünə bir neçə yarımmüstəqil siyasi birliklər də daxil idi: Mehdioğlu (qumuqca:Mehdi ulu biylik) və ya Cenqutay (qumuqca:Cüngütey biylik) mülkü Mehdinin sülaləsinin mülkü anlamına gəlmişdir. Bu bəylik XVI əsrdə Tərki şamxallığının parçalanması nəticəsində meydana çıxmışdır. Bu bəylik 1741-ci ildə Nadir şah Əfşarın ordusunu Cenqutay məntəqəsi yaxınlığındakı Aymaki adlı yerdə məğlub etməsi ilə məşhurdur. Bu zaman Mehdioğlu ordusuna Əhməd xan Mehdioğlu komandanlıq etməkdə idi. Bammatulu (qumuqca:Bammat ulu biylik, yəni Bammatın sülaləsinin mülkü) bəyliyinə Erpeli və Qarabudaqkənd bölgələri daxil idi və o da Tərki şamxallığının XVI əsrdə parçalanması nəticəsində meydana çıxmışdı. Boynak və ya Buynak (qumuqca:Boynaq biylik) bəyliyi əhalisinin əksəriyyətini qumuqların təşkil etdiyi kiçik bəylik idi. Bəylik qumuqlar arasında Yarım-Şamxal deyə adlandırılmaqda idi və mərkəzi Boynak məntəqəsi idi. Burada bəylik edən şəxs şamxal taxtının varisi hesab edilirdi və bu münasibətlər Böyük Britaniya daxilindəki Uels şahzadəsi tituluna bənzəməkdə idi.
Şimali Qumuqiya Şimali və ya Sulakötəsi Qumuqiya Terek-Sulak çayları hövəsində, Qumuq düzənliyiniМансуров və bəzi buna birləşik əraziləri əhatə etməkdədir. Bura şamxallıqdan ayrı tədricən əhəmiyyət qazanmış, xüsusən şamxalın ailəsindən olan və Endirey bəyliyini yaradan Endireyli Sultan Mahmudun hakimiyyətə gəlməsi ilə daha da güclənmişdir. Sultan Mahmud ətraf xalqları da öz ətrafında birləşdirmiş və ruslara qarşı mübarizə aparmışdır. Onun Qaraman döyüşündə qələbə qazanaraq rusları məğlub etmişdi. Rus tarixçisi Karamzin bu məğlubiyyətlə rusların Qafqazı ələ keçirməsinin 100 ildən çox ertələndiyini iddia edir.
Endireydən başqa Şimali Qumuqiyada mövcud olan bəyliklər Aksay (qumuqca:Yaxsay biylik) və Köstək (qumuqca:Köstek biylik) bəylikləri idi. Şimali Qumuqiya bəylərinin torpaqlarına Xaçqalıq, Aux və Salataviya əraziləri də daxil idi. Qumuq bəylər öz ərazilərində digər xalqların da məskunlaşmasına icazə verirdilər, lakin bu proses zamanı onların öhdəliyinə müəyyən mükəlləfiyyətlər qoyulurdu. Məsələn, burada məskunlaşmasına icazə verilən çeçenlərə İslamı qəbul etmək məcburiyyəti qoyulmuşdu.
XIX əsrin bir çox hissəsində Sulakötəsi Qumuqiya və ya Şimali Qumuqiya Terek quberniyasının Qumuq qəzasını təşkil edirdilər. Qafqaz müharibəsinin sonlanmasından sonra bu bölgə Xasavyurt məntəqəsinə transfer edildi.
Noqay tarixçisi D. S. Xıdırniyazova görə, XVII–XVIII əsrlərdə Sulakötəsi Qumuqiyada və Tərki şamxallığında digər xalqlarla yanaşı noqaylarda yaşamaqda idilər. Rus zabiti Andrey Butskovskinin hazırladığı və qumuqlara tabe olan xalqların siyahısı əks etdirilən siyahıda noqaylarında ad var idi. Həmin siyahıya görə noqaylar Aksay, Endirey və Kostek civarlarında yaşamaqda idilər. Burada yaşayan noqayların çadırlarda yaşadıqları və Aksay, Endirey, Kostek bəylərinə tabe olduqları da qeyd edilmişdir.
Dağ kəndlərindən Sulakötəsi bəylərinə hər bir evdən müəyyən qədər vergi ödənilirdi. Vergi hər evə görə 20 gümüş qəpik, bir səbət üzümdən və qoyundan ibarət idi. Belə vergi verən kəndlər Çirkey, Qostala, Zuramkəndlilər Temirov bəylərinə, İxa, Guni camaatlığı Murtəzaəli Acıyevə, Xubar, Zubutlu, Almaq, Dilim sakinləri isə Qazanalipov bəylərinə, Miatlin sakinləri Həmzəyev bəylərinə, Burtunaylar bəzi çeçen kəndləri ilə birlikdı Qaplanovlara və əsas Endirey bəylərinə vergi ödəyirdilər.Кумыкский окружной от- дел комиссии по правам личным и поземельным туземцев Терской области. Управление г. Хасавюр- та. 1890–1918 гг.
Çirkeylilərin Sulakötəsi qumuq bəylərindən asılılığı barədə ətraflı məlumat günümüzə qədər gəlib çatmışdır. Endirey hakimi Alış Həmzəyev 1751-ci il oktyabr tarixli və Qızılyar komendantı L. İ. Debeugobriyaya yazılmış məktubunda bunları qeyd etmişdi:ЦГАРД.–Ф.379.Кизлярскийкомендант.– Оп. 1. – Д. 74, 228, 565, 656, 675, 1183. д. 228, л. 21
Və bu Çirkevskaya [Çirkey] kəndi atalarım tərəfindən bizə qalmışdır və biz də atalarımız kimi onlardan həm mal-qara, həm də başqa cür bütün vergiləri alırıq., çünki onlar tabedirlər…bizə və sizə görə [müqayisədə] orada böyük yoxdur…Əgər fərman verərsənsə, səndən bunu mənə bildirməni istəyirəm və əgər fərman yoxdursa, onlar üçün sənin üçün heç bir cəhd göstərmə.
Elmlər namizədi P. B. Əbülsəlamovun fikrincə, bu sənəd çirkeylilərin Endirey knyazlarından asılılığının mövcudluğundan və vergilərin ödənilməsindən xəbər verir. Əbülsəlamovun dediyinə görə, Endirey, Aksay və Kostek knyazları arasında çirkeevlilərə görə çəkişmələr olub. thumb|Kiçik kəndlər istisna olmaqla, müasir xəritədə qumuqların ənənəvi yaşayış yeri.
Cənubi Qumuqiya Cənubi Kumukiya deyildikdə Tərki şamxallığından cənubda yerləşən və qumuqlar tərəfindən məskunlaşdırılmış bölgə nəzərdə tutulur.
Utamış sultanlığı və ya Gamri mülkü (Kumyk: Ötemiş biylik, Hamri biylik) da XVI əsrdə şamxallıqdan ayrılan torpaqlar üzərində qurulmuşdur. Bu sultanlıq I Pyotrun Xəzərsahili torpaqlara etdiyi 1723-cü il yürüşü zamanı Utamışlı Sultan Mahmudun komandanlığında ruslara göstərdiyi şiddətli müqaviməti ilə məşhurdur. I Pyotr tərəfindən məğlub edildikdən Utamış sultanlığı Qaytaq usmiliyinin bir hissəsinə çevrildi. Utamışlı Sultan Mahmud eyni zamanda qumuq və digər dağıtanlı xalqların Nadir şaha qarşı apardığı mübarizədə də iştirak etmiş və qızılbaş ordusu üzərində bir neçə qələbə qazanmışdır. Aşağı Qaytaq Qaytaq usmiliyinin aşağı hissəsində olan və Qaytaq usmisinə tabe olan camaatlıqlar birliyi idi. Buradakı əsas qumuq yaşayış məntəqəsi Məcəlis və Başlı (və ya Başlıkənd) idi. Hər iki məntəqə müxtəlif vaxtlarda usmiliyin paytaxtı funksiyasını yerinə yetirmişdir.
Terek Qumuqiyası Terek və Sunja çayları arasındakı bölgə də eyni zaman da qumuq bəylərinin ərazisi idi. Burada yaşayan qumuqlar əsasən tarixdə Terek qumuqları adlandırılırdılar və əsasən Tümən bəyliyi (və ya digər adı Şamxal Tüməni), Braqun bəyliyi, Qızıl Ordanın Madzar şəhəri ilə assosiasiya edilirdilər. Hal-hazırda bu bölgələr Rusiya Federasiyasının Çeçenistan, Şimali Osetiya və İnquşetiya qurumlarına daxildir.
Erən dönəmdə Qumuqiyadan bəhs etmələr Qumuqiya ifadəsinə ilk dəfə rast gəlinməsi ərəb qaynaqlarına təsadüf edir. X əsrdə yaşamış ərəb müəllifi əl-Məsudi öz əsərində "Qumik mülkü" adlı yerdən bəhs etməkdədir. Britaniyalı şərqşünas Henri Yule Qumuq ifadəsinin Terek çayının cənubunda yaşayan qumuqların saldıqları məntəqələri ifadə etmək üçün işlədildiyini yazmaqdadır.
Şərq mənbələrinə görə Qumuq Sərirdən şimalda və Cidan/Xunzandan (həmçinin erkən feodal kumuk dövləti) qərbində yerləşirdi, həmçinin şimaldan və ya şimal-şərqdən Zırıxgeranla həmsərhəd idi. Qumuqiya Alaniya ilə həmsərhəd idi ki, bu da B. A. Kaloyevə qumuqların və alanların düzənlik ərazilərini bitişik hesab etməyə əsas verirdi. "Dərbəndnamə"yə görə, Qumuğun əsasını Gəlbax və İxran bölgələri təşkil edirdi.
Plano Carpiniyə görə isə, Komuk və Tərk xalqları monqollar tərəfindən fəth edilmişdirlər. Əmir Teymurun fəthləri zamanı (XIII əsrin sonu və XIV əsrin əvvəlləri) onun saray tarixçiləri "qumuqların bütün torpaqları" ifadəsindən bəhs etməkdədirlər. Teymuri dönəmini araşdıran tarixçilər qumuqların həmin dövrdə yaşadığı ərazilərin siyahısını hazırlamışdırlar. Bu ərazilərə "Bugaz-Kum", "Kazi-Kumuk (Gazi-Kumukluk)", "Mamuktu", Qaytaq daxil idi.
XV–XVII əsrə aid Rusiya dövlətinə aid diplomatik sənədlərdə Qumuqiya ifadəsi üçün Qumuq torpağı (rusca:Кумыцкая земля).deyə bəhs edilməkdədir.
Qumuqiya barədə qaynaqlar
VIII əsr Britannica Ensiklopediyasına görə, qumuqlar artıq VIII əsrdə Xəzər dənizi regionunda əksəriyyəti təşkil etməkdə idilər, bundna başqa, məqalədə göstərilir ki, hal-hazırda Çeçenistanın bir hissəsi olan Mitşik çayı hövzəsi o dövrdə Qumuqıstan adlandırılırdı.
Qumuqların nənəvi məskunlaşma ərazisi Qumuqiyadır. Qumuqiya deyildikdə Dağıstan Respublikasının indiki Xasavyurt bölgəsi və Çeçenistan Respublikasının Qudermes bölgəsi, Xəzər dənizinin qərb sahili və dağətəyi ərazilər. Dağıstan Respublikası cənubda Uluçay çayına qədər, Şimali Osetiya Respublikasında Terek çayı boyunca ərazilər, Çeçen və Kabardin-Balkar Respublikası, həmçinin Terek boyu Aralığı.
XI əsr XI əsrin ikinci yarısında Qumuq və bu adla bağlı etnonim Səlcuqlu qaynaqlarında da keçməkdədir. Həmçinin, bu ad barədə məlumat Türk dili barədə məlumat vermək üçün yazılmış və öz dövrünün Türk ensiklopediyası kimi dəyərləndirilə biləcək referanslar kolleksiyasında da məlumat verilmişdir. Mahmuq Qaşqarlı Divanü Lüğat-it-Türk adlı bu əsərində Qumuq sözünü qeyd etdikdən sonra onların bir Türk tayfası olduğunu, həmçinin bu tayfanın bəyinin də bu adı daşıdığını bildirir. Bundan başqa, Qaşqarlı şəxsən bu bəylə danışdığını da qeyd edir.
XIV əsr Teymuri qaynaqları "qumuqların yaşadığı bütün bölgələrin" və ya Mamaktu bölgəsinin adını çəkmişdirlər. Müasir araşdırmaçılar bu adları Qumuq düzənliyi ilə eyniləşdirməkdədirlər. Professor Əşrəf Əhmədov Şərəfəddin Yəzdinin "Zəfərnamə" əsərinə yazdığı qeydlərində bildirir ki, "Mamaktu və Qazı Qumuq Dağıstanın şimalında qumuqların yaşadıqları yerlərdir". Professor Bubenok özünün "Qızıl Orduda Alanlar-Asilər" adlı əsərində bildirir ki, Bugaz-Qum və Mamaktu bölgələri qumuqların yaşadıqları bölgələr olaraq qəbul edilə bilər. Bundan başqa, A. E. Kriştopa da Mamaktu/Qumuq bölgəsinin Qumuq düzənliyi ilə eyniləşdirilməsi fikrini müdafiə etmişdir.
XVI–XVII əsrlər Qumuq hakimlərindən asılı olan siyasi qurumların sərhədləri bir zamanlar Balkariyaya qədər uzanmaqda idi. XVIII əsrın sonlarında Çegem Gorgenin hakimi rus çarına etdiyi müraciətində özlərinin bir zamanlar Tərki hakimi Buday Şamxala vergi verdiklərini yazmışdı.
19-cu əsrin əvvəllərində rus kəşfiyyatçısı. İ. N. Berezin kumukların Qafqazda ərəb istilasından əvvəl meydana çıxdığına inanırdı.
XVIII əsr 18-ci əsrin əvvəllərindəki rus mənbələrində V. P. Şeremetyevə görə, bütün qumuq cəmiyyətlərinin (əslində bütün qumuqların) sayının 100 min nəfərə yaxın olduğu göstərilir.