Bayan monastırı — Daşkəsən rayonunun Bayan kəndində yerləşən qədim alban monastırı.
Tarixi Bayan monastırının IV–V əsrlərdə tikildiyi güman edilir. Məbəd hazırda qəza vəziyyətindədir və uçmaq təhlükəsi ilə üz-üzədir.
Ərazi baxımından rayonda olan digər monastırlardan böyüklüyü ilə seçilən tikilinin əsas binasından başqa həyətdə çoxlu sayda otaqlar, sədd divarları, təsərrüfat damları və çay daşlarından tikilmiş xeyli sayda quyular var. Mərkəzdə böyük bir meydan yerləşir. Bu isə vaxtilə burada dini ayinlərin keçirildiyini deməyə əsas verir.
Monastırın özü ağ və qırmızı rəngli qaya daşlarından inşa olunub. Sütunların inşasında istifadə olunan daşların üzərinə döyülən xaç işarələri bu günədək qalmaqdadır. Daşların üzərində alban əlifbası ilə yazılmış kiçik kitabələr də var.
Məbədin inşası zamanı səs akustikasını yaratmaq üçün divarlarına içi boş küplər yerləşdirilib. Bunun qızıl küpləri olacağını güman edənlər tarixi əhəmiyyətli abidənin divarlarını uçurmaqdan və ətrafını qazmaqdan belə çəkinməyiblər.
Mənbə Alban monastrı qəza vəziyyətindədir Daşkəsəndə Alban məbədi uçmaq təhlükəsi ilə üzləşib
Xarici keçidlər Daşkəsəndə alban məbədlərinin tədqiqi davam edir
Həmçinin bax Bayan kilsəsi Çiçərvəng bazilikası
Kateqoriya:Alban monastırları Kateqoriya:Daşkəsən rayonunun abidələri Kateqoriya:IV əsrə aid monastırlar Kateqoriya:V əsrə aid monastırlar Kateqoriya:Azərbaycan monastırları Kateqoriya:Azərbaycanda qeydiyyata alınmış yerli əhəmiyyətli memarlıq abidələri