thumb|right|300px|Yevgeni Xaldeyin çəkdiyi foto ilə Reyxstaqın üzərində dalğalanan Sovet bayrağı, marka Yevgeni Xaldey () — Qırmızı Ordunun hərbi fotoqrafı. O, 1945-ci ildə Berlində Reyxstaq binası üzərinə Qələbə bayrağını sancan Abdulhakim İsmayılovun məşhur fotosunun müəllifi kimi tanınır.

Xaldey Yuzovkada (indiki Donetsk, Ukrayna) yəhudi ailəsində anadan olub. Fotoqrafiyaya uşaqlıq illərindən maraq göstərib. O, on doqquz yaşından etibarən Sovet mətbuat agentliyi olan TASS-da fotoqraf kimi fəaliyyətə başlayıb.

Xaldey tarixin bir çox vacib məqamının şahidi olub, İkinci Dünya müharibəsi və Nürnberq dövründə çəkdiyi fotoşəkilləri ilə xüsusilə məşhurdur. Xaldey 1949-cu ilə qədər TASS ilə işləyib. Antisemitizm artdığına görə Sovet dövləti tərəfindən qovulub. Sonrakı on il ərzində gündəlik həyat səhnələrinə fokuslanan özəl müstəqil fotoqraf kimi çalışıb. 1970-ci ildə təqaüdə çıxmaq məcburiyyətində qalana qədər "Pravda" qəzetində işləyib.

Xaldeyin ən məşhur şəkli İkinci Dünya müharibəsinin sonunda Reyxstaqın üzərində Sovet bayrağını qaldıran Sovet Qırmızı Ordusu əsgərinin fotosu olub.

Həmçinin bax Reyxstaq üzərində Zəfər bayrağı

İstinadlar

Xarici keçidlər https://web.archive.org/web/20170922065353/http://chaldej.de/

Kateqoriya:Böyük Vətən müharibəsi iştirakçıları Kateqoriya:Rusiya fotoqrafları Kateqoriya:Rusiya fotojurnalistləri Kateqoriya:Müharibə fotoqrafları Kateqoriya:Ukrayna fotoqrafları Kateqoriya:1-ci dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif edilənlər Kateqoriya:İkinci Dünya müharibəsində SSRİ hərbçiləri Kateqoriya:SSRİ jurnalistləri Kateqoriya:1-ci dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif edilənlər Kateqoriya:XX əsr fotoqrafları Kateqoriya:XX əsr jurnalistləri