Murad Tuzcu () — türkiyəli kardioloq, jurnalist və yazıçı.
Həyatı 1952-ci ildə Türkiyənin İstanbul şəhərində doğulmuşdur.
Təhsili 1971-ci ildə Kadiköy Maarif Kollecini bitirmiş, 1977-ci ildə İstanbul Universitetinin Tibb Fakültəsində ali təhsilini tamamlamışdır. Uzmanlıq dərəcəsini yenə eyni fakültədə daxili xəstəliklər barədə almışdır.
Fəaliyyəti Təhsilini bitirdikdən sonra Elazığ vilayətində 3 il daxili xəstəliklər üzrə həkim kimi çalışmışdır. 1985–1989-cu illərdə Klivlend Klinikasında da kardiologiya sahəsində təhsil almış. bundan sonra 1989–1990-cı illərdə Bostonda yerləşən Massaçusets Ümumi Xəstəxanasında özəl ixtisas almışdır. 1990–1991-ci illərdə Harvard Universitetinin Tibb fakültəsində müəllim kimi çalışdıqdan sonra 1992-ci ildən Klivlend Klinikasında həm işləməkdə, həm də müəllimlik etməkdədir. O, eyni zamanda klinikanın kardiologiya bölməsinin müdir müavinidir. Kardiologiya sahəsində etdiyi araşdırmalar və yeni müalicə üsullarına görə tibb sahəsində tanınmaqdadır.
Murad Tuzcu dünyanın ən böyük beynəlxalq kardiologiya konresi olan "American College of Cardiology"nin 2007-ci ildə Elmi Şurasının rəhbəri olmuşdur.
Tibb sahəsindəki fəaliyyəti ilə yanaşı Türkiyənin Milliyyət qəzetində köşə yazarlığı ilə də məşğuldur. "Qəlbimizi dinləyəlim" adlı kitabı "Doğan" nəşriyyatı tərəfindən nəşr edilmişdir.
İstinadlar
Kateqoriya:Anadolu türkləri Kateqoriya:Kardioloqlar Kateqoriya:İstanbul Universitetinin məzunları Kateqoriya:Kadıköy Anadolu Liseyinin məzunları Kateqoriya:Türkiyə professorları Kateqoriya:XX əsr Türkiyə yazıçıları