Müşkəmir — Azərbaycan Respublikasının İsmayıllı rayonunun Zərnava kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə İsmayıllı rayonunun Tağlabiyan kənd Sovetinin Müşkəmir kəndi Zərnava kənd Sovetinin tərkibinə verilmişdir.

Coğrafiyası və iqlimi Kənd "Lahıc" turizm zonasında, "İsmayıllı–Lahıc" şossesindən 2 km kənarda yerləşir. Kəndə son 2 km yolu yayda avtomobillə, qış mövsümündə isə piyada və ya atla getmək olar. Kənddən Zərnava kəndinə və Lahıc qəsəbəsinə piyada cığırlar vardır.

Əhalisi Kənddə 36 nəfər əhali yaşayır ki, onun da 21 nəfəri kişi, 15 nəfəri qadındır. Əhalisini tatlar təşkil edir.

İqtisadiyyatı Əhali əsasən heyvandarlıq və bostançılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:İsmayıllı rayonunun kəndləri