Qaleybuğurd — Azərbaycan Respublikasının Şamaxı rayonunun Qaleybuğurd kənd inzibati ərazi dairəsində kənd.
Kəndin dəniz səviyyəsindən hündürlüyü 1300 m-dir. Kənddə "Buğurd qalası" tarixi abidəsi var. Təbii abidəsi isə Bədo istirahət zonasıdır. Kənddə həkim ambulatoriyası var. Kənd Şamaxı şəhərinin şimal–şərqində yerləşir. Ən yaxın kənd Çuxuryurd kəndidir. Burada 175 ev elektrik xəttinə qoşulub. Kənd əhalisinin 70%-i içməli su ilə təmin olunub.
Tarixi Ağsu çayının sahilində, Niyaldağ silsiləsinin ətəyindədir. Yaxınlıqdakı qədim Buğurd qalasının adını daşıyır. Yazılı mənbələrdə adı ilk dəfə 13-cü əsrdən məlumdur. Qalanın özü isə arxeoloji qazıntılara görə 11-ci əsrdən mövcuddur. Buğurt qalasını 1538-ci ildə Səfəvi hökmdarı I Təhmasib dağıtmışdır. Qala öz adını Buğur dağının adından almışdır ki, bu da qədim türk dillərindəki buqur(qozbel) sözündəndir. Buqurdağ "qozbel dağ" mənasını verir. Sonralar danışıqda buqur sözünə "t" səsi əlavə olunmuşdur. 13-cü əsr müəllifi Zəkəriyyə Qəzvini qalanın adını Biqur kimi də qeyd etmişdir.Azərbaycan toponimləri. Ensiklopedik lüğət.2000.588 səh.
İnfrastruktur 2013-cü ildə kənd ərazisində Şahdağ milli parkının nəzarət–buraxılış məntəqəsi inşa edilmişdir.Şahdağ Milli Parkının İnzibati Bina Kompleksinə baxış keçiriləcək.
Əhalisi Kənddə 210 ev var və Kənd əhalisi 859 nəfərdir ki, onunda 409 nəfəri kişi, 450 nəfəri isə qadınlar təşkil edir.
İstinadlar
Kateqoriya:Şamaxı rayonunun kəndləri