Çeçenistan Milli Kitabxanası — 1904-cü ildə Qroznıda yaradılmış ilk Ümumaçıq kitabxanadır. 1920-ci il Sovet hakimiyyəti dövründə dövlət kitabxanasına çevrilmişdir. Çeçen-İnquş Muxtar Vilayəti yarandıqdan sonra (1934) Vilayət kitabxanası statusu alır. Metodik və səyyar fond şöbələri yaradılır. 1936-cı ildə Muxtar Respublika yaradılması ilə əlaqədar respublika kitabxanasına çevrilir.Azərbaycan Kitabxana Ensiklopediyası. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, M. F. Axundzadə adına Milli Kitabxana. Bakı. 2015. s.195.
Həmçinin bax A.P.Çexov adına Respublika Kitabxanasının binası (Qroznı)
İstinadlar
Kateqoriya:Milli kitabxanalar Kateqoriya:Çeçenistanda mədəniyyət