Zərnəli — Azərbaycan Respublikasının Zəngilan rayonunun Zərnəli kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Zərnəli kəndi Həkəri çayının sahilində, təpəli düzənlikdədir. Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Cənubi Azərbaycanın Qaradağ mahalindan, Arazın sağ sahili boyundakı Zərnə kəndindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır.
Zərnəli kəndin əhalisi əsasən heyvandarlıq, taxılçılıq, tütünçülük və pambıqçılıqla məşğul olmuşdur. Böyük Vətən müharibəsi illərində 31 nəfər cəbhəyə yollanmış onlardan 17 nəfəri geri qayıtmamışdır.
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi.
28 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
İstinadlar
Kateqoriya:Zəngilan rayonunun kəndləri