İmam Hüseyn məscidi — Azərbaycanın Zəngilan şəhərində XVII–XVIII əsrlərə aid məscid.
2020-ci ildə Zəngilan azad edildikdən sonra məscidin qalıqları bərpa edilmiş, yanında isə yeni məscidin təməli 2021-ci il aprelin 26-da İlham Əliyev və ailəsi tərəfindən qoyulmuş və 2024-cü ildə inşa edilmişdir.
Tarixi İmam Hüseyn məscidinin XVII–XVIII əsrlərdə, Səfəvilər imperiyası dövründə tikildiyi təxmin edilir. Birinci Qarabağ müharibəsində Zəngilanın işğalı zamanı ermənilər tərəfindən talan edilmişdir. İşğal dövründə məscid donuzxanaya çevrilmişdir. Zəngilan şəhəri 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
26 aprel 2021-ci ildə İlham Əliyev tərəfindən yeni məscidin əsası qoyulmuşdur. Məscidin açılışı 18 may 2024-cü ildə baş tutmuşdur. Tarixi məscidin ərazisində isə açıq səma altında sərgi yaradılmışdır.
Memarlığı İmam Hüseyn məscidinin ölçüləri 12x20 metr olmuşdur. Məscidin içərisində mehrab və taxça var idi. Məscidin tikintisi zamanı əsasən yerli əhəngdaşından istifadə edilmişdir. Məscidin divarları bəzəksizdir. Məscidin qapısı şərq tərəfə açılırdı və üzərində yazı var idi. Qapısı tağformalı olmuşdur.
İstinadlar
Kateqoriya:Zəngilan rayonunun abidələri Kateqoriya:Zəngilan Kateqoriya:Azərbaycandakı şiə məscidləri