Məhəmməd Rza Şəcərian ( ) – İranlı musiqiçi, klassik fars musiqisi və muğam ifaçısı. İranın ən böyük muğam ifaçılarından biri və İran ənənəvi musiqisinin tanınmış ustası hesab olunub.

Bioqrafiyası 1940-cı ildə Məşhəd şəhərində anadan olub.

2004 və 2006-cı illərdə Qremmi mükafatına namizəd olub.

7 oktyabr 2020 Tehrandakı Cəm Xəstəxanasında, uzun sürən böyrək xərçəngi xəstəliyindən vəfat edib. 10 oktyabr 2020-ci ildə Məşhəddəki Firdovsi məqbərəsində dəfn olunub. Ölümü ilə əlaqədar olaraq, UNESCO-nun Baş direktoru, Odri Azulay İran İslam Respublikasının UNESCO-dakı səfirinə və Daimi Nümayəndəsinə: — "Məhəmməd Rza Şəcərianın irsi ürəklərdə və zehnlərdə yaşayacaqdır." deyə müraciət ünvanlayıb.

İstinadlar

Kateqoriya:İranlı musiqiçilər Kateqoriya:İran müğənniləri Kateqoriya:Xərçəng xəstəliyindən ölənlər Kateqoriya:Fars dilində oxuyan müğənnilər