Dariyuş Mehrcuyi (; ) — İran kinorejissoru, ssenaristi, prodüseri və redaktoru. O, İran kino hərəkatlarından biri olan İran yeni dalğasını başlatmış hesab edilən "İnək" filminin rejissorudur. Mehrcuyi İran kinosunun intellektual rejissorlarından sayılır. Onun bir çox filmləri fars və ya digər ədəbiyyatların əsərlərindən adaptasiya edilmişdir.
Müasir İran kinosu Mehrcuyi ilə başlayır. O, İran kinosunu realizm, simvolizm və bədii kinoya xas həssaslıqla tanış etmişdi. Onun filmləri Roberto Rossellini, Vittorio de Sika və Satyacit Rayin filmlərinə bənzəyir. O, kinosuna İrana xas elementlər əlavə etmişdir.
İstinadlar
Xarici keçidlər
Firouzan Films Iranian Movie Hall of Fame Inductee Dariush Mehrjui , FirouzanFilms, 25 November 2008: (4 min 37 sec).
Kateqoriya:İran kinorejissorları Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:İran ssenaristləri Kateqoriya:İran kinoprodüserləri Kateqoriya:Qətl qurbanları