Xaldlar () —Tunc dövründə Qara dənizin cənub-şərqi sahillərində (indiki Türkiyə ərazisi) məskunlaşmış xalq. Eyni dövrdə dil baxımından onlara yaxın olan hattlar da onların yanında yaşayırdılar. Mesopotamiyada yaşamış xaldeylər ilə qohumluq məsələsi açıq qalır.

Xaldların tarixi ilə bağlı əsas mənbələr Homer, Strabon və Ksenofonun əsərləridir. Qədim yunan müəllifləri dəmir döymə sənətinə ilk yiyələnmiş xalqlar sırasında qərbdə qonşuları olan xaliblər ilə yanaşı xaldların, mossiniklərin və tibarenlərin adını çəkmişdilər.Страбон. География, XI, 14.5 Strabonun qeyd etdiyi kimi, "[...] xaldlar qədimdə xaliblər adlanırdılar".

A. Saqonun fikrinə görə, xaldlar ölkəsi Arazın şimalında və əvvəllər Urartuya tabe olan torpaqlarda, xüsusən də Zivin çayı vadisi ərazisində, Qars ilə Tuşpa arasındakı yolda yerləşmiş ola bilərdi.

Roma imperiyası dövründə xaldlar Pont vilayətinin bir hissəsi olan Pont Kappadokiyasında yaşayan xaliblərin bilavasitə qonşusu kimi xatırlanırdı.Плутарх. Сравнительные жизнеописания. Лукулл. 19

XX əsrin birinci yarısına aid elmi ədəbiyyatda xaldların urartuların ali tanrısı Xaldinin adını daşıyan tayfaların qalıqları olması ehtimalı dəfələrlə qeyd olunmuşdur,Lehmann-Haupt C.F. Armenien, einst und jetzt. — Berlin: B. Behr, 1910—1931. lakin sonradan bu fərziyyənin kökündən yanlış olduğu qəbul edilmişdir.Пиотровский Б. Б. Ванское царство (Урарту) / отв. ред. И. А. Орбели. — М. : Издательство восточной литературы, 1959. — С. 117—119. — 286 с.Пиотровский Б. Б. Ванское царство (Урарту) / отв. ред. И. А. Орбели. — М. : Издательство восточной литературы, 1959. — С. 117—119. — 286 с.

İstinadlar

Kateqoriya:Qədim Anadolu‎ Kateqoriya:Asiya tunc dövründə Kateqoriya:Asiyanın qədim xalqları