Traxeyanın karinası — sol və sağ əsas bronxların açılışlarını ayıran nəfəs borusu altındakı qığırdaq silsiləsi. Strukturu

Karina — nəfəs borusunun ən aşağı qığırdaqının aşağı və arxa davamından əmələ gələn sol və sağ əsas bronxları ayıran qığırdaqlı silsilələrdir. Karina traxeyanın aşağı ucunda - adətən 4-5-ci döş fəqərəsi səviyyəsində olur. Bu, döş sümüyünün bucağına uyğundur, lakin nəfəs alarkən karina 2 fəqərəni yuxarı və ya aşağı qaldıra və ya endirə bilər. Karina orta xəttin solunda yerləşir və ön-arxa (öndən arxaya) hərəkət edir. Qan təchizatı

Bronxial arteriyalar karinanı və aşağı traxeyanın qalan hissəsini qanla təmin edir. Əlaqələri

Karina, aorta qövsünün nəfəs borusunun solunda keçdiyi yerin arxa tərəfində yerləşir. Qoşalaşmamış damar karinanın üstündən sağ traxeyaya keçir. Fiziologiyası

Karinanın selikli qişası öskürək refleksini tətikləmək üçün nəfəs borusu və qırtlağın ən həssas sahəsidir. Klinik əhəmiyyəti

Traxeobronxial zədə, tənəffüs yollarının zədələnməsi — 60% hallarda karinadan 2,5 sm məsafədə baş verir. Diaqnostik radiologiya

Karinanın genişlənməsi və təhrif edilməsi, adətən traxeyanın bölündüyü bölgənin ətrafındakı limfa düyünlərinin karsinomasını göstərən ciddi bir rentgenoloji əlamətdir. Əlavə şəkillər

İstinadlar

Xarici keçidlər "Trachea and carina — tomogram, coronal plane" at SUNY Downstate Medical Center Carina tracheae entry in the public domain NCI Dictionary of Cancer Terms

Kateqoriya:Anatomiya Kateqoriya:Tənəffüs sisteminin anatomiyası