Patmoslu Yəhya və ya Patmoslu İohann — ənənəvi olaraq Vəhy Kitabının müəllifinə verilən ad. Vəhy Kitabının mətnində qeyd edilmişdir ki, Yəhya indiki Yunanıstanın Patmos adasındadır. Əksər Bibliya tarixçilərinin fikrinə görə, o, Roma imperatoru Domisianın dövründə antixristian təqiblər nəticəsində həmin adaya sürgün edilmişdir.Souvay, Charles. "Patmos." The Catholic Encyclopedia. Vol. 11. New York: Robert Appleton Company, 1911. 12 Jan. 2009Phillips, J. B. People, Places, Customs, Concepts, Journeys - the New Testament with integrated notes and maps 1962.

Xristian ənənəsində Vəhy Kitabının müəllifini Yəhyanın İncilinin müəllifi olduğu iddia edilən Yevangelist Yəhya (özünü Həvari Yəhya kimi tanıtmışdır) hesab edilir. Yevsevi kimi yüksək səviyyəli din xadimləri və alimlərin azlığı ən azı daha bir Yəhyanı, yəni Presviter Yəhyanı İsanın yoldaşı kimi tanıyır. Orta əsrlərdən bəri bəzi xristian alimləri şagirdi Vəhy kitabının müəllifindən fərqləndirirlər.Stephen L Harris, Understanding the Bible, (Palo Alto: Mayfield, 1985), 355

İstinadlar

Kateqoriya:I əsr xristian müqəddəsləri Kateqoriya:Əhdi-cədid şəxsləri Kateqoriya:Vəhy Kitabı Kateqoriya:Xristianlıq tarixi Kateqoriya:Vəhy Kitabındakı şəxslər