Həsən Hənəfi (; ) – Qahirə Universitetinin professoru və fəlsəfə kafedrasının rəhbəri olmuşdur. O müasir islam məsələlərində qabaqcıl mütəxəssis hesab edilirdi.

Həyatı O, Misirin Qahirə şəhərində sənətçi ailəsində dünyaya gəlmişdi. Yeniyetməlik çağında skripkada ifa etməyi öyrənən Həsən həyatının sonrakı dövründə də bu məşğuliyyətini davam etdirdi. Gənclik illərində inqilabçı siyasi fəaliyyətlərdən ruhlanan Hənəfi Müsəlman Qardaşlığı təşkilatına maraq göstərirdi. Daha sonra Hənəfi Parisdə Sarbonna universitetində təhsil almışdır.

Fəlsəfəsi Hənəfi fenomenologiya ilə məşğul olan Osman Aminin davamçısı idi və Husserlin metodundan bəhrələnərək klassik islam fəlsəfəsini rekonstruksiya və Avropa şüurunun inkişafını tənqid etdiyi bir trilogiya qələmə almışdır.

Xarici keçidlər Farewell to Hassan Hanafi, the Intellectual Father of the Islamic Left and Occidentalism HASAN HANEFİ DÜŞÜNCESİNE GİRİŞ — Yusuf Yavuzyılmaz

İstinadlar

Kateqoriya:Siyasi filosoflar Kateqoriya:İslam Kateqoriya:XXI əsr filosofları Kateqoriya:XX əsr filosofları