– Yaponiya İmperiya Donanmasının admiralı. Rus-yapon müharibəsi zamanı İkinci Donanma heyətinə başçılıq etmiş və növbəti illərdə Yaponiya İmperiya Donanmasının aparıcı üzvlərindən biri olmuşdur.
Həyatı və karyerası Koiçi Fucii 1858-ci ildə Yaponiyanın Okayama şəhərində doğulmuş, Yaponiya İmperiya Donanmasının Hərbi Akademiyasından yeddinci yeri tutaraq məzun olmuşdur. Donanmanın baş qərargahında müxtəlif vəzifələri tutmuş, Rusiya, Siam və İtaliyaya göndərilmiş nümayəndəliklərdə iştirak etmişdir.
Birinci Çin-yapon müharibəsi zamanı donanmanın baş qərargahında, daha sonra "Soko" və "Oşima" kanonerlərində, eləcə də, "Musaşi" krayserində xidmət göstərmişdir. 1899-cu ildə kapitan rütbəsinə yüksəlmiş və bir krayserin komandirliyi ona həvalə olunmuşdur. O, Tayvandakı general-qubernatorluq qərargahında, Yaponiyanın Berlindəki səfirliyində və yenə donanmanın baş qərargahında işləmişdir.
Rus-yapon müharibəsinin birinci ilində "Azuma" krayserinə komandanlıq etmiş və Koreya boğazı döyüşündə iştirak etmişdir. 1905-ci ilin yanvarında İkinci Donanmanın heyət başçısı təyin olunmuş, həmin ilin noyabr ayında kontr-admiral rütbəsinə yüksəlmişdir. 1909-cu ildə vitse-admiral, 1916-cı ildə isə admiral olmuşdur. 1915-ci ildə Birinci Donanmaya komandanlıq etmişdir. Karyerasının son illərində Fucii Yokosuka Donanma Rayonunun komandanı, 1916-cı ildə isə donanma müşaviri olmuşdur. 1920-ci ildə təqaüdə çıxmış, 1926-cı ildə ölmüşdür.
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
Kateqoriya:Rus-yapon müharibəsi iştirakçıları Kateqoriya:Yaponiya admiralları Kateqoriya:Yaponiya–Çin müharibəsi (1894–1895) iştirakçıları