Xırdalan Siti FK — və ya digər adı ilə Xırdalan Siti Futbol Klubu. 2016-cı ildə təməli qoyulan klub, 2023-cü ildə fəaliyyətini dayandırdı
Tarixi Klubun tarixi 2016-cı ildən başlayır. Belə ki, həmin ildə Azərbaycan Respublikasında qadın futbolunun kütləşviləşdirilməsinə dəstək olmaq, qızların futbol bacarıqlarını üzə çıxarmaq, qlobal arenalara gedən yolda onlara dəstək olmaq məqsədilə təsis olunub.
2019-cu ildən “Xırdalan Siti” klubu "AFFA Yüksək Qızlar Liqası"nda mübarizə aparır. Sonuncu 2021/22 mövsümündə klub, Turniri 4-cü pillədə başa vurdu.
2022/23 mövsümü üçün ciddi dəyişikliklər edən, daha peşəkar və iddialı komanda formalaşdıran rəhbərlik çempionluq üçün mübarizə aparır. 1-ci dövrədən sonra komanda 22 xalla liderlər sırasında qərarlaşıb.
Azərbaycanın qadınlar üzrə millisinin martın 10-dan, 15-nə qədər olan tarixində, yaş qrupları üzrə iki yoldaşlıq görüşü keçirildi. "Xırdalan Siti" klubunun 4 futbolçusu da millinin heyətində yer aldı.
Klubun hədəfi qalibiyyətlərdir. Belə ki, Yüksək Qızlar Dəstəsində 4 ən önəmli favoritdilərdən birisidir "Xırdalan Siti" klubur.
2023-cü ildə fəaliyyətini dayandırdı. Həmçinin bax Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Xırdalan Azərbaycan futbol klublarının siyahısı
İstinadlar