Hüseyn Həsənov () — Azərbaycan əsilli Rusiyalı video bloqer.

Bioqrafiya 5 iyun 1994-cü ildə Sankt-Peterburqda anadan olub.Məktəbi bitirdikdən sonra Sankt-Peterburq Dövlət İqtisad Universitetinə daxil olub, 2015-ci ildə oranı bitirir. Həmin il xəstə olan atası Hüseynə restoran biznesini təhfil verir.Profil на «Azad mətbuat»Putinlə danışdım, Kadırovla qonaq oldum: bakılı məşhur bloger daha nə ilə məşğul idi? Sputnik. Təhsil aldığı müddətdə KVN-də çıxış edirdibundan sonra Hüseyn Həsənov videolar yaratmağa və bloqunu davam etdirməyə başlayır. 2017-ci ildə "İlin Kişi Bloqeri" nominasiyasında LF City Awards mükafatına layiq görülüb.

2018-ci ildə Cosmopolitanə görə Runet-də ən nüfuzlu 10 insanı sırasına daxil olub. Elə həmin il Hüseyn Həsənov MC Doni və Lucy Chebotina-nın "Randevu" treki üçün çəkilmiş klipində rol aldı . İnstaqramda baxış sayına görə də rekord vurdu, bloqqerin videosuna 12 milyondan çox izləmə topladı. 2018-ci ildə Vladimir Putinlə keçirdiyi mətbuat konfransında Hüseyn Həsənov Telegram-ın bloklanması ilə bağlı sual verdi. Sonra o, " Əhval rəngim mavi" mahnısına parodiyasını - " Əhval rəngi qırmızı" buraxmağa qərar verdi. 2019-cu ildə o, "10 Lyam", Natan ilə "Seç" və Sally & Tabby ilə "Baş sənlə dolu" adlı treklərini buraxdı. 2020-ci ildə "Sən yox" mahnısını buraxdı. Həsənov həm də biznes bacarıqlarının öyrədilməsi üzrə “Milyonerin ağlı” kursunun müəllifi kimidə tanınır.

2025-ci ilin may ayında çirkli pulların yuyulması ilə bağlı cinayət işinə görə Rusiyada axtarışa verilib.

Şəxsi həyatı Hüseyn Həsənovun atası Bakıda, anası Moskvada yaşayır.Marianna adlı bir qızla yaxın münasibətdə idi. 2018-ci ilin iyul ayında cütlüyün ayrıldığı məlum olur.Daha sonra bloqqer "Xolostyak" realiti-şousunun qəhrəmanı ola biləcəyinə işarə vurdu.

Mükafatlar və nominasiyalar İl Mükafat Nominasiya Nəticə Mənbə2017 LF City Awards İlin Kişi Bloqeri 2018 Fashion People Awards İlin bloggeri

Diskoqrafiya Adİl“10 lyam”2019"Seçin"(Natan ilə)"Baş sənlə dolu"(Sally & Tabby ilə)"Sən yox"2020

Hüseyn Həsənovun iştirak etdiyi musiqi klipləri DONI və Lusya Çebotina - "Görüş" Natan - "Mənə sevgini göstər" Klava Koka - "MDK-ya aşiq (Kişi versiya)" Anet Sey - "Güvə"

İstinadlar

Kateqoriya:Bloqqerlər Kateqoriya:Rusiya azərbaycanlıları Kateqoriya:YouTube Gümüş play düyməsi alanlar