Top — Azərbaycan Respublikasının Oğuz rayonunun Yaqublu kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Top oyk., sadə. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi inqilabdan əvvəl mövcud olmuş Köhnə Ağalıq kənd əhalisinin Sovet hakimiyyətinin ilk illərində Top adlı indiki ərazidə məskunlaşması nəticəsində yaranmışdır. Yerin adı ilə bağlı olan oykonim Azərbaycan dilinin dialektlərindəki top (meşə sahəsi) sözündən ibarət olub, “meşəlik” mənasındadır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 356 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Həmçinin bax Oğuz rayonu

Xarici keçidlər http://www.municipality.az/?year=2009&month=04&cstart=14 Azərbaycan Respublikası Oğuz Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Oğuz rayonunun kəndləri