Həmşivəng monastırı – Gədəbəy rayonunun Böyük Qaramurad kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır.

Məbədin inşası haqqında Kirakos Qandzaketsi özünün “Tarix” əsərində məlumat verir və onu əlli beşinci Alban Katolikosu VI İohannesin adı ilə əlaqələndirir.

Əsas kilsə binası, yarımdairəvi altar apsidasına malik uzadılmış düzbucaqlı formasına malikdir. İkisi müstəqil dayanan ikisi isə divar qarşısında ucaldılmış sütunlar və onlar üzərində ucaldılmış oxvari tağlar kilsənin interyerini üç nefə bölür.

Həmşivəng monastırının zəng qülləsində yerləşmiş xaçdaş unikal dizaynı və dekorativ elementləri ilə məşhur olmuşdur. Xaçdaş 1960-cı illərdə monastır ərazisindən Ermənistana aparılmışdır və hazırda Vağarşapat şəhərində Katolikos sarayının qarşısında saxlanılır.

Tarixi

Məbədin inşası haqqında Kirakos Qandzaketsi özünün “Tarix” əsərində məlumat verir və onu əlli beşinci Alban Katolikosu VI İohannesin adı ilə əlaqələndirir:

XIII əsrin 20-ci illərindən XIV əsrin əvvəllərinə kimi Həmşivəng monastırı Alban Katolikoslarının iqamətgahı kimi statusunu saxlayır. XIV əsrin əvvəllərində isə iqamətgah Kəlbəcər rayonunun Vəngli kəndində yerləşən Gəncəsər monastırına köçürülür.

Memarlıq xüsusiyyətləri

Əsas kilsə binası, yarımdairəvi altar apsidasına malik uzadılmış düzbucaqlı formasına (15.6x9.80 m) malikdir. İkisi müstəqil dayanan ikisi isə divar qarşısında ucaldılmış sütunlar və onlar üzərində ucaldılmış oxvari tağlar kilsənin interyerini üç nefə bölür. Şimal və cənub nefləri enli olmaları ilə seçilirlər. Dərin bemli altar apsidası qarşısında, dörd oxvari tağ vasitəsiylə yaradılmış kvadrat formalı özül üzərində oxvari qapalı tağ yüksəlir.

İbadət zalının digər hissələri və planda uzadılmış formaya malik pridel adi tağlarla örtülmüşdür. Kilsə, şərq fasadında yerləşən üç, cənub və şimal fasadında isə iki cüt pəncərə vasitəsiylə işıqlandırılır.

Divar hörgüsü və dam örtüyü kobud yonulmuş daşlardan, tağlar, sütunlar, altar apsidasının çərçivəsi isə əla yonulmuş yüksək keyfiyyətli daşlardan icra edilmişdir. G. Məmmədova bu cür inşaat texnikasının Qafqaz Albaniyasının memarlığı üçün xarakterik olduğunu qeyd edir.

Məbədin dam örtüyü saxlanılmamışdır. Yan və Mərkəzi neflərin hündürlükləri arasındakı fərqlər dam örtüyünün iki tərəfli olduğunu deməyə əsas verir.

Həmşivəng monastırının əsas kilsəsi yüksək bədii xüsusiyyətləri ilə fərqlənmir. Kilsə, sadə planlaşdırma həllinə uyğun olan, qərb fasadındakı bir neçə daşı bəzəyən oyma xaç naxışları ilə məhsuslaşan dekorativ həllə malikdir. Alban Katolikosunun iqamətgahı kimi inşa edilmiş kilsənin bu cür kasad dekoru, kilsənin çox mürəkkəb tarixi dövrdə, çətin şərtlər altında inşa edilməsi ilə izah edilir. G. Məmmədova qeyd edir ki, Xarəzmşah Cəlaləddin Mənguberdinin yürüşü ilə inşası yarımçıq qalmış kilsə binası, ehtimal ki, sonradan tamamlanmışdır.

Monastırdan xaçdaşın oğurlanması

Həmşivəng monastırının zəng qülləsində yerləşmiş xaçdaş unikal dizaynı və dekorativ elementləri ilə məşhur olmuşdur. Xaçdaş 1960-cı illərdə monastır ərazisindən oğurlanaraq Ermənistana aparılmışdır və hazırda Vağarşapat şəhərində Katolikos sarayının qarşısında saxlanılır.

Makar Barxudaryants özünün “Artsak” adlı əsərində həmin xaçdaşı təsvir edərkən yazır:

Xaçın qərb tərəfində yuxarı hissədə incə oyma ilə taxtda oturmuş Məsih təsvir olunub. Yevangelist həvarilər olan Mark və Lukanı simvolizə edən şir və öküz təsvirləri ilə iki forizontal qanad bəzədilmişdir. Şərq tərəfi xaçın ortası mərkəzində bərabərtərəfli xaç naxışı olan böyük xonça naxışı ilə bəzədilmişdir.

Alban xaçdaşlarını tədqiq etmiş A. Axundova və D. Axundov qeyd edirlər ki, formasının daş xaç şəklində olmasına baxmayaraq, stelanın obrazında əsas bədii və simvolik dominantını xaçın ortasındakı üç dairədən ibarət böyük xonça təşkil edir. Orta dairə səkkiz bərabər hissəyə bölünmüş həndəsi hörmə şəklində həll olunmuşdur. Xonçanın mərkəzində bərabəryanlı xaç (erkən alban xaçı) təsviri vardır, onun da kəsişmə nöqtəsində kiçik dairəvi xonça yerləşir. Bütün kompozisiya xristian qəbir daşının sintezləşdirilmiş obrazında birləşən günəş, işıq və məhsuldarlıq simvolu kimi həll olunmuşdur. Günəş emblemi arxasındakı həyat ağacı – xaç, həmçinin günəşi təmsil edən simvolik pilləli dağdan yüksəlir.

İstinadlar

Ədəbiyyat

Həmçinin bax

Alban Həvari Kilsəsi Çarekvəng monastırı - Gədəbəy rayonu ərazisində Alban Katolikoslarının müvəqqəti sığınacağı olmuş digər monastır Böyük Arran monastırı - Kəlbəcər rayonu ərazisində Alban Katolikoslarının ikinci iqamətgahı Gəncəsər monastırı - Kəlbəcər rayonu ərazisində Alban Katolikoslarının sonuncu (1815-ci ilə kimi) iqamətgahı

Kateqoriya:Gədəbəy rayonunun abidələri Kateqoriya:Alban monastırları Kateqoriya:XII əsrə aid monastırlar Kateqoriya:Azərbaycanda qeydiyyata alınmış yerli əhəmiyyətli memarlıq abidələri