Lürən — Azərbaycan Respublikasının Masallı rayonunun Lürən kənd inzibati ərazi dairəsində kənd.Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh. 5 oktyabr 2001-ci il tarixli 191-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Masallı rayonunun Lürən kəndi Musakücə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Lürən kənd inzibati ərazi dairəsi yaradılmışdır.

Toponimikası Lürən sözünün mənası talış dilində Lır (lür) "bataqlıq", "sucaq yer" və ən (on) isə "yer" olmaqla "Bataqlıqda salınan kənd" mənasını ehtiva edir. Kəndin adı talış dilinddə Lıron kimi tələffüs olunur.

Əhalisi 1859 – 1864-cü illərdə həyata keçirilmiş kameral siyahıyaalınmaya əsasən Bakı quberniyasının Lənkəran qəzasının Lürən kəndində 32 evdən ibarət 149 nəfər (78 nəfəri kişilər, 71 nəfəri qadınlar) şiə təriqətli müsəlman əhali yaşayırdı.Списки населенных мест Российской Империи. По Кавказскому краю составленные и издаваемые Кавказским статистическим комитетом при Главном управлении Наместника Кавказского. LXV. Бакинская губерния. Списокь населенных мест по сведениямь 1859 по 1864 годь. Кавказскимь стататистическимь комитетомь при Главном управлении наместника кавказского. Составлен главным редактором Комитета Н. Зейдлицем. Тифлись. В Типографии главного управления наместника кавказского. 26 ноября 1870 г./Содержание: Спискок населённых мест Бакинской губернии. стр. 37 Həmin tarixdə kənd dövlət xəzinəsinə məxsus idi. Hazırda kənd əhalisi 1004 nəfərdən ibarətdir. Kənd əhalisi talış dili ilə yanaşı Azərbaycan dilindən də geniş istifadə edir.

Din Kənddə "Yusifli" məscidi dini icması fəaliyyət göstərir.MÜSƏLMAN DİNİ İCMALAR - 2018-ci ildə qeydiyyatdan keçənlər . scwra.gov.az

İstinadlar

Həmçinin bax

Kateqoriya:Masallı rayonunun kəndləri