İradə Vəlihət qızı İbrahimova () — azərbaycanlı müğənni.

Həyatı İradə İbrahimova əslən Ağstafa rayonundan olub, Bakı şəhərində doğulub və uşaq vaxtından musiqini sevib. Bakıda keçirilən "Ümid- 95" müsabigənin qalibi olub. 2001-ci ildə peşəkar səhnəyə ilk addımlarını atarkən o, bəstəkar Xanım İsmayılqızı ilə işləyib. Onun ilk "Qəm qalası" (2002) adlı albomu da bu bəstəkarla olan müştərək işin məhsuludur. Repertuarında retro və xalq mahnılarından əlavə, 50-dən yuxarı məhz onun özü üçün yazılmış mahnılar var. 4 disk buraxıb, 1 dəfə Heydər Əliyev adına Sarayda çıxış edib (2004-cü il).

2009-cu ildə Türkiyəli iş adamı Ceyhun İzerlə ailə həyatı qurub.

Uşaqlıq İlləri 1980-ci il aprel ayının 3-də İbrahimovlar ailəsində 2-ci qız övladı olaraq dünyaya göz açmışdır. Ailəsi adını İradə qoyur. İradə ailədə dünyaya göz açan 3 qızdan ortancılı oldu.

Hələ uşaq vaxtlarından ailədə azdanışan, sakit təbiətli olan bu qızın hərdənbir qonşu uşaqların təşkil etdiyi "konsert proqramlarındakı" çıxışları çox təəccüblə qarşılanırdı. Balaca, zərif, mehriban və utancaq qızın əlinə mikrofona bənzər bir əşya alıb konsert verməsi utancaqlığı ilə üst-üstə düşməsə də daxili, qəlbdən gələn arzu, istək, istedad yavaş-yavaş özünü büruzə verirdi. Bunlar onun gələcəkdəki karyerası haqqında ipucular idi. Qonşular onun gözəl səsinin vurğunu idilər. Hətta onun belə bir təxəllüsü də var idi -"Zeynəb Xanlarova".

Karyera 1995-ci ildə Azərbaycan Dövlət televiziyasındakı "Ümid-95" adlı müsabiqə İradə İbrahimovanın peşəkar səhnəyə ilk vizit kartı oldu. Bu müsabiqədə laureat olan İradə artıq seçəcəyi yolu müəyyən etmişdi. Ancaq ana-atası onu tam başqa peşə sahibi kimi görmək istəyirdilər. Valideynləri onun bu çıxışlarına, hətta ara-sıra qohum-qonşu məclislərində oxumasına belə keçici həvəs kimi baxırdılar və hesab edirdilər ki, bütün bunlar övladlarının uşaqlığından qalan xoş bir xatirə olacaq.

Diskoqrafiya

Qəm Qalası Qəm Qalası Albomu <tr> Məhəbbət tac olar Qəm qalası Demişəm Qul eyləmə Biri sənsən, biri də mən Səndəmi ölmək istədin? Sev məni belə Mənim mənsiz qalanım Gözləyirəm Eşidərsənmi? <tr>

2002-ci ildə ifa etdiyi "Get" mahnısı İradə İbrahimovanın Azərbaycanın musiqi aləmində olan yerini birdən-birə bir xeyli ucaltdı. Aylarla xit-paradlarda ən yüksək yerlərdə qalan bu mahnının sözləri türk şairəsi Ayşə Yılmaz Birgülə, musiqisi isə Gövhər Həsənzadəyə aiddir.

Röya Kimi (Sinql) Bu İradə İbrahimovanın "Röya kimi" adlı sinqlıdır. İçində "Röya kimi" kompozisiyasını instrumental, orijinal və remiks variantları mövcuddur. Bu kompozisiya Azərbaycanda çəkilən ilk "Bəyaz həyat" teleserialı üçün yazılıb. Musiqisi Natiq Qəzənfəroğluna, sözləri isə Məryəm Əlibəyliyə aiddir. Mahnının aranjmanı, səs yazma və diskin çoxaldılması Türkiyədə gerçəkləşib.

Ürəyinin Götürdüyü Yerə Get Ürəyinin Götürdüyü Yerə Get <tr> Demədim Sevirəm Ürəyinin Götürdüyü Yerə Get Çok uzarlarda Gün gələcək Uca Dağlar Nəydi Kimdir Günahkar Reyhan Röya Kimi <tr>

"Ürəyinin götürdüyü yerə get" adlı albomunda İradə İbrahimovanın indiyə qədər ifa etdiyi ən populyar mahnıları yer alıb.

Kliplər +TarixAd2001Qəm Qalası2002Sev Məni Belə2002Get2002Sən Də Mi Ölmək İstədin?2003Kimdir Günahkar2004Demədim Sevirəm2004Bahar Çiçəyi (Nə Bilim)2005Yaşananlar2005Gedəcəyəm Ömründən Sənin2006Bilsən Də, Bilməsən Də2006Sevgi Nağılı2007Aldatdın, Aldandım2007Oyun2008De Hardasan2008Son Qərar2009Nigaranam, Gəl2010Bu Aralar2014Seneler2015Olmamalıydı2020Qızım2022Bir Bahardır

İstinadlar

İradə İbrahimova və ailəsi İradə İbrahimova: "İkinci dəfə ailə qurmaq ayıb deyil" İradə İbrahimova qızı və həyat yoldaşı ilə — FOTO İradə İbrahimova ailəsi ilə — FOTO İradə İbrahimova və 4 yaşlı qızı — FOTOLAR

Kateqoriya:Azərbaycanın qadın müğənniləri Kateqoriya:Bakıda doğulanlar