Abasbəyli — Azərbaycan Respublikasının Masallı rayonunun Yeyənkənd kənd inzibati ərazi dairəsində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Masallı rayonunun Yeyənkənd inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Abasbəyli kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.

Toponimiyası 1933-cü ildə Dəvəçi və Sabirabad rayonları ərazisində də Abasbəyli kəndləri qeydə alınmışdır. Bu oykonimlər abasbəyli etnonimi ilə bağlıdır.

Tarixi Kəndin tarixi XVIII əsrdən başlanır. XVIII əsrdən Viləş çayı kənarında məskən salmışlar. Sonralar çayın selindən qorunmaqdan ötrü çaydan bir az aralıda yerləşmişlər.

Əhalisi Əhalisi 760 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı — 2010. Kənd əhalisini azərbaycanlılar təşkil edir.

Coğrafiyası və iqlimi Bu kənd Lənkəran ovalığında, Viləş çayı sahili və dağətəyi zonada yerləşir. Qonşu kəndləri şimal–şərqdə Masallı yolu üzərində Yeyənkənd kəndi, Cənubdan Xəlfələr, şimal–qərbdən Tatyan, cənub–şərqdən Allahyarlı ilə əhatə olunmuşdur. Abasbəyli kəndi suptropik iqlimdə yerləşir.

İqtisadiyyatı Kəndin öz iqtisadiyyatı demək olar ki, yoxdur. Əhalinin bir qismi əkinçilik, bir qismi heyvandarlıqla məşğuldur. Əhalinin bir hissəsi Rusiyada (əsasən Kazan şəhəri) ticarətlə məşğuldur.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Masallı rayonunun kəndləri