Macarıstanlı Mariya (; ) — Macarıstan kralı V İştvanın qızı, Neapol kraliçası.
1257-ci ildə Macarıstan krallığında dünyaya gəldi. Atası Macarıstan kralı V İştvan, anası isə Kumanlı Yelizavetadır. 6 avqust 1270-ci ildə Siciliya kralı I Karlın oğlu Şahzadə Karlla evləndirildi. Cütlüyün bu nigahdan 14 övladı doğuldu.
Karl Martel (1271-1295), Macarıstanın de-yure kralı Marqarit (1273-1299), Anju və Valua qrafinyası Lüdovik (1274-1297), keşiş I Robert (1276-1343), Neapol kralı II Filipp (1278-1331), Latın imperatoru Blanş (1280-1310), Araqon kraliçası Raymond Berenqar (1281-1307) Con (1283-1308), keşiş Tristan (1284-1288) Elyanora (1289-1341), Siciliya kraliçası Mariya (1290-1346), Mayorka kraliçası Pyotr (1291-1315) Con (1294-1336) Beatrisa (1295-1321)
Ərinin 1284-cü ildə Araqonlulara əsir düşməsindən sonra sülh müzakirələrində iştirak etdi. Ertəsi il qaynatası vəfat etdi və krallıq bir neçə yerə bölündü. Şahzadə Karl Neapol krallığını miras alsa da, hələ də əsirlikdə idi və bu səbəblə, səltənəti 1288-ci ilədək idarə etdi.
1290-cı ildə qardaşı Macarıstan kralı IV Vladislav kumanlı sui-qəsdçi tərəfindən öldürüldü. Üstəlik mərhum kralın varisi yox idi və bu səbəblə, Mariya ilə yanaşı, digər bacıları Yekaterina, Yelizaveta və Annanın övladları da taxt iddiasına qalxdılar. Ancaq atasının əmisi oğlu Venesiyalı Andrey ailənin kişi şəcərəsinə mənsub idi və bu səbəblə taxtı rahatlıqla ələ keçirdi.
Buna baxmayaraq Mariya bunu qəbul etmədi. Belə ki, III Andreyin atası Şahzadə İştvan atası IV Belanın ölümündən sonra dünyaya gəlmişdi və bu səbəblə, digər ailə üzvləri tərəfindən nigahdan kənar hesab edilirdi. Nəticədə, Mariya 1291-ci ilin aprelində öz taxt iddiasını, 1292-ci ilin yanvarında isə böyük oğlu Karl Martelin taxt iddiasını irəli sürdü. Hətta Roma papası IV Nikolay da vəfat edən dayısının yerinə ona Macarıstan kralı ünvanı vermişdi. Bəzi yerli əyanların dəstəyilə bir neçə dəfə üsyan başlatsa da, III Andrey tərəfindən bu üsyanlar yatırıldı. Oğlunun 1295-ci ildə ölümündən sonra taxt iddiası nəvəsi Karl Robertə keçdi. Əri II Karlın dəstəyilə 1300-cü ilin avqustunda nəvəsini Macarıstana göndərdi. Bir çox xorvat əyan onu dəstəkləsə də, daha sonra III Andreylə razılaşdılar və Karl Robert məğlub oldu.
III Andreyin 1301-ci ildə vəfatından sonra yenidən taxtı ələ keçirməyə cəhd edilsə də, bibisi Annanın şəcərəsinə mənsub Vençeslas, ardından isə digər bibisi Yelizavetanın oğlu Otto ələ keçirdi. Nəhayət, uzun mübarizənin ardından 1308-ci ildə nəvəsi Karl Robert Macarıstan kralı ünvanı aldı. Ərinin 1309-cu ildə vəfat etməsindən sonra kilsəyə çəkildiyi iddia edilsə də, bu doğru deyil. Qalan illərini Neapolda keçirdi və 1323-cü ildə burada vəfat etdi.
Mənbə
Ədəbiyyat
Abulafia, David (2000). "The Italian south". In Jones, Michael (ed.). The New Cambridge Medieval History, Volume 6, c.1300–c.1415. Cambridge: Cambridge University Press. ISBN 978-1-13905574-1 Abulafia, David, ed. (1999). The New Cambridge Medieval History, Volume 5, c.1198–c.1300. Cambridge: Cambridge University Press. ISBN 978-1-13905573-4
İstinadlar