Prissilla katakombaları () — Romada II–IV əsrlərə aid ən qədim xristian yeraltı katakomba dəfnlərindən biri. İki mərtəbədən ibarətdir.
Bu katakombalar konsul Akviliya Qlabrinin ailəsinin dəfn yerində yaranmışdır. B.e. I əsrində bu ailə geniş torpaqlara sahib idi. Bu ailənin nümayəndələrindən biri Prissilla imperator Domisianın əmri ilə edam edilmişdir. İçərisində yunan dilində yazılar aşkar edildiyinə görə adlandırılmış "Yunan kilsəsi"ndə bayram səhnəsi təsvir edilmişdir. Bu ibadətgahda erkən xristian incəsənətinin nümunələri, o cümlədən II əsrə aid, İsa və Məryəmin ən qədim təsviri qorunub saxlanılmışdır.
İstinadlar
Xarici keçidlər
Катакомбы Присциллы
Kateqoriya:Roma katakombaları Kateqoriya:Roma papalarının məzarları