– Yaponiyanın Hokkaydo prefekturasının Sapporo şəhərində yerləşən muzey. Yaponiyada pivəyə həsr olunmuş yeganə muzey olmaqla yanaşı, "Sapporo Breweries" pivə şirkətinin tarixini işıqlandırır.
Tarixi Muzeyin yerləşdiyi bina 1890-cı ildə tikilmiş və 1905–65-ci illərdə pivə zavodu kimi istifadə olunmuşdur. 1987-ci ildə binada pivə muzeyi açılmışdır.
Xüsusiyyətlər Muzey Yaponiyanın pivənin tarixinə və pivə istehsalına həsr olunmuşdur. Ziyarətçilər müxtəlif pivə nümunələrinin dadlarına baxa bilərlər. Muzeyin yaxınlığında Sapporo Pivə Bağı yerləşir. Bu struktura pivə zalları və restoranlar daxildir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:1987-ci ildə Yaponiyada yarananlar Kateqoriya:Yaponiyadakı içki muzeyləri Kateqoriya:Yaponiyada pivə Kateqoriya:Hokkaydo prefekturasındakı muzeylər Kateqoriya:Sapporo Kateqoriya:Pivə muzeyləri Kateqoriya:Yaponiyanın şirkət muzeyləri Kateqoriya:1987-ci ildə yaradılmış muzeylər