– Yaponiya siyasi fəalı və ultranasionalisti. O, 1901-ci ildə Qara əjdaha cəmiyyətini yaratmışdır.
Həyatı Ryohey Uçida 1874-cü ildə Yaponiyanın Fukuoka prefekturasında doğulmuşdur. Toyama Mitsurunun tələbəsi olmuş və Qara dəniz cəmiyyətinə qoşulmuşdur. 1894-cü ildə Koreyada başlamış Tonhak üsyanı zamanı üsyançılara kömək etmişdir. 1901-ci ildə Qara əjdaha cəmiyyətini yaratmışdır. O, Yaponiyanın Asiya qitəsində yayılmasını dəstəkləmiş, Rusiyanı Yaponiya üçün ən böyük təhlükə hesab etmişdir. Rusiya əleyhinə kitablar və pamfletlər yazmış, Rusiyanın Asiya qitəsindəki fəaliyyətlərini öyrənmək üçün Vladivostoka səyahət etmişdir. 1903-cü ildə Tayro Doşikay adlı antirus hərəkatına qoşulmuşdur.
1905-ci ildə Rus-yapon müharibəsini başa çatdıran Portsmut müqaviləsinin şərtləri onu qane etməmiş və hökumətə qarşı keçirilən etiraz aksiyalarına başçılıq etmişdir. 1906-cı ildə Yaponiyanın Koreyadakı general-rezidenti olan İto Hirobuminin administrasiyasına təyin olunmuş və 1910-cu ildə Koreyanın Yaponiya tərəfindən ilhaqı nəticəsində başlayan iğtişaşları yatırmaqda kömək etmişdir. Daha sonra Yaponiya solçuları ilə mübarizə aparmış və Böyük Asiya hakimiyyətini dəstəkləyən kitab nəşr etdirmişdir.
1925-ci ildə baş nazir Kato Takaakiyə qarşı həyata keçirilən sui-qəsd cəhdində iştirak etməkdə ittiham olunaraq saxlanılmış, lakin günahsız hesab edilmişdir. O, Çin inqilabçısı Sun Yatsenə dəstək göstərmişdir.
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər Kotobank saytında.
Kateqoriya:Yaponiya aktivistləri Kateqoriya:Panasiyanistlər Kateqoriya:Yaponiya milliyyətçiləri