Detroit: Become Human 2018-ci ildə Quantic Dream tərəfindən hazırlanmış və Sony Interactive Entertainment tərəfindən nəşr olunan macəra videooyunudur. Süjet xətti üç androidi izləyir. Xidmətçi androit olan Kara (Valori Karri) öz sahibindən qaçaraq, özünün yeni kəşf etdiyi hissiyyatını araşdırır və sahibinin gənc qızını qoruyur. Konor (Brayan Dekart) deviant androidləri ovlamaqla tapşırıqlandırılmışdır. Markus (Cesse Uilyams) isə özünü digər androidləri köləlikdən xilas etməyə həsr etmişdir.

Detroit: Become Human "Quantic Dream"in 2012-ci ildəki Kerinin rol aldığı Kara texnologiya nümayişi əsasında hazırlanıb. Mühiti araşdırmaq üçün tərtibatçılar Detroytə səyahət ediblər. Oyunun yazıçısı və rejissoru Devid Keyc ssenarini 2 ildən çox bir müddətə tamamlamışdır. Oyun üçün yeni bir oyun mühərriki yazılmış, çəkiliş və animasiyaların hazırlanmasından öncə yüzlərlə aktyorla kastinq edilmişdir. Filip Şepard, Nima Fəxrara və Con Paesano müvafiq olaraq Kara, Konor və Markus xarakterləri üçün musiqi bəstələmişlər. Oyun 2018-ci ilin May ayında PlayStation 4, 2019-cu ilin Dekabr ayında isə Microsoft Windows platforması üçün buraxılmışdır.

Detroit: Become Human tənqidçilər tərəfindən ümumən çox yaxşı rəy almışdır. Təndiqçilər oyunun mühitini, vizual effektlərini, hekayəsini, əsas xarakterlərini, xarakterləri səsləndirənləri, oyundakı seçimlərin hekayəyə olan təsirini və blok-sxem xüsusiyyətini tərifləməklə paralel hərəkət nəzarətini, tarixi və tematik alleqoriyaların yanlış idarə olunmasını və süjet və personajların aspektlərini tənqid etmişlər. Oyun, Quantic Dream şirkətinin ən uğurlu buraxılışı olmaqla yanaşı, həm də 6 milyonu keçməklə ən çox satılan oyunu olmuşdur.

Gameplay thumb|upright=1.4|Konor, azyaşlı qızı girov götürən androidlə danışıqlar aparır. Oyunçuya cari vəziyyəti həll etmək üçün fərqli dialoq seçimləri verilir.|left Detroit: Become Human üçüncü şəxs baxış bucağı ilə oynanılan bir macəra oyunudur, hansı ki, müəyyən edilmiş və idarə oluna bilən perspektivə tabe olur. Oyunda oynanıla bilən 3 xarakter mövcuddur. Əgər xarakterlərdən biri ölərsə, hekayə onsuz davam edir. Buna görə də oyunda hər hansı bir xarakter öldükdə "Game Over" (oyun bitdi) mesajı göstərilmir. DualShock kontrollerindəki sağ analoq çubuq obyektlərlə qarşılıqlı əlaqədə olmaq və ətrafı müşahidə etmək üçün istifadə olunur, sol tərəf hərəkət üçün, R2 isə mümkün hərəkətlər üçün mühiti skan edir; hərəkət idarəetmələri və toxunma paneli də istifadə olunur. Sürətli vaxt hadisələri və dialoq qərarları vasitəsilə hekayə hansı seçimlərin edildiyindən asılı olaraq budaqlanır.

Həmçinin bax Akinator

Qeydlər

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Windows videooyunları Kateqoriya:Alternativ sonluqlu videooyunlar Kateqoriya:Hadisələrin gələcəkdə cərəyan etdiyi videooyunlar Kateqoriya:Fransa videooyunları Kateqoriya:Sony Interactive Entertainment oyunları Kateqoriya:Birnəfərli videooyunlar Kateqoriya:Uydurmada artırılmış reallıq Kateqoriya:Macəra videooyunları Kateqoriya:2018-ci ilin videooyunları Kateqoriya:Neonuar Kateqoriya:Hadisələrin ABŞ-də cərəyan etdiyi videooyunlar Kateqoriya:Uydurmada Detroyt Polis Departamenti Kateqoriya:Qadın protaqonisti olan videooyunlar Kateqoriya:PlayStation 4 Pro enhanced videooyunları