Camal Cəlal oğlu Feyziyev (17 iyun 2000; Lənkəran şəhəri) — Azərbaycanı təmsil edən güləşçi. Müxtəlif idman növləri üzrə 4 qat dünya çempionu, 11 qat Avropa çempionu, MDB Oyunlarının qalibi və beynəlxalq yarışların mükafatçısı.Camal Feyziyev: "Sevindirici haldır ki, doğma məkanda qalib gələrək çempion oldum"Çimərlik güləşində tarixi uğurCamal Feyziyev Bakıda çempion oldu: “Doğma məkanda qalib gəlmək sevindiricidir”
Həyatı Camal Feyziyev 17 iyun 2000-ci ildə Lənkəran rayonunun Kənarmeşə kəndində anadan olub. Uşaqlıq yaşlarından yunan-Roma güləşi ilə məşğul olmağa başlayıb və məşqçi Akif Əliyevin rəhbərliyi altında məşq edib. 2006-cı ildə Bakı şəhərinin Xəzər rayonunun Binə qəsəbəsində yerləşən Rasim Sadıqov adına 136 nömrəli tam orta məktəbdə təhsil almağa başlayıb. 2017–2021-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) təhsil alıb.
İdman karyerası Güləş və cudo 2015-ci ildə Serbiyanın Subotitsa şəhərində keçirilən yeniyetmələr arasında Avropa birinciliyində yunan-Roma güləşi üzrə 100 kq çəki dərəcəsində qızıl medal qazanıb.
Sumo güləşi üzrə 2016-cı ildə Almaniyada, 2017-ci ildə Gürcüstanın Tbilisi şəhərində, 2018-ci ildə Bolqarıstanın Sofiya şəhərində, 2019-cu ildə Kazanda, 2021-ci ildə Estoniyanın Tallinn şəhərində və 2022-ci ildə Polşada keçirilən Avropa yarışlarında qızıl medallar əldə edib. 2022-ci ildə 23 yaşadək idmançılar arasında 115 kq-dan yuxarı çəki dərəcəsində Avropa çempionu olub.
Kəmər güləşi üzrə 2019-cu ildə Kazanda keçirilən yarışlarda klassik üsul üzrə ikinci, mütləq çəki dərəcəsində isə üçüncü yeri tutub. Həmin ilin sonunda Qazaxıstanın Nur-Sultan şəhərində sərbəst üsulla kəmər güləşi üzrə keçirilən yarışda birinci yeri qazanıb. 2023-cü ildə kəmər güləşi üzrə dünya çempionatında bürünc medal əldə edib.
Cüdo 2020-ci ildə Xorvatiyanın Poreç şəhərində 23 yaşadək cüdoçular arasında keçirilən Avropa birinciliyində bürünc medal qazanıb. 2021-ci ildə Rusiyanın Kazan şəhərində təşkil olunan I MDB Oyunlarında cüdo üzrə 100 kq-dan yuxarı çəki dərəcəsində bürünc medal əldə edib. Həmin oyunlarda kureş üzrə mütləq çəki dərəcəsində də qızıl medal qazanıb. 2023-cü ildə Qazaxıstanda keçirilən Universiada yarışında cüdo üzrə qızıl medal əldə edib. 2024-cü ildə Slovakiyada keçirilən cüdo üzrə Avropa Açıq turnirində və Sloveniyada keçirilən Avropa Kubokunda bürünc medal qazanıb.Camal Feyziyev: “Çempionluğumu şəhid və qazilərə həsr edirəm” Həmin il Kazanda təşkil olunan BRICS Oyunlarında cüdo üzrə bürünc medala sahib olub. 2026-cı ildə Belçikanın Vize şəhərində keçirilən cüdo üzrə Avropa Açıq turnirində 100 kq-dan yuxarı çəki dərəcəsində qızıl, Polşanın Varşava şəhərində keçirilən analoji yarışda isə gümüş medal qazanıb.
Çimərlik güləşi 2026-cı ildə Bakıda keçirilən çimərlik güləşi üzrə Dünya Çempionatı Seriyasının dördüncü mərhələsində 90 kq-dan yuxarı çəki dərəcəsində qızıl medal əldə edib.AHİİTA idmançısı Dünya Seriyasının IV mərhələsinin qalibi olub Həmin il Yunanıstanın Katerini şəhərində keçirilən Dünya Çempionatı Seriyasının final mərhələsində də eyni çəki dərəcəsində birinci yeri tutub.“Növbəti hədəfim dünya çempionu olmaqdır” - Camal Feyziyev
İstinadlar