– Yaponiyanın Atami şəhərində yerləşən seks muzeyi. Muzey Yaponiyanın seks mədəniyyətinə həsr olunmuşdur. Yaponiyada fəaliyyət göstərən sonuncu seks muzeyidir.
Tarixi Muzey 1980-ci ildə açılmışdır. Həmin dövrdə Yaponiyada 40-dan çox seks muzeyi olsa da, 1990-cı illərdən etibarən onların sayı azalmağa başlamışdır. Bu muzey həmin dövrdən qalan sonuncu seks muzeyidir.
Xüsusiyyətlər Muzeydə Edo dövrünə aid şunqalar və ipək prezervativlər, qədim taxta dildolar, seks oyuncaqları, holoqramlar, hentay kimi fetişləri təsvir edən heykəlciklər, abstrakt lüt manekenlər nümayiş etdirilir. Muzeyin interaktiv sərgi bölməsində ziyarətçilər nəhəng penisə dırmaşa və ya Merilin Monronun paltarını havaya qaldıran külək maşınından istifadə edə bilərlər.
Muzey Atami qəsrinin qarşısında yerləşir. Giriş üçün minimum 18 yaş tələb olunur. Muzeydə şəkil çəkmək qadağandır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:1980-ci ildə yaradılmış muzeylər Kateqoriya:Şizuoka prefekturasındakı muzeylər Kateqoriya:Atami Kateqoriya:Seks muzeyləri