Allie X (əsl adı: Aleksandra Eşli Huys; ) — kanadalı müğənni, bəstəkar, vizual rəssam. Karyerasına 2000-ci illərin ortalarında Torontoda indi-pop sənətçisi kimi başlayıb, yerli qruplarla ifa edib və bir neçə albom buraxıb.

Allie X 2013-cü ildə Los-Ancelesə köçdükdən sonra prodüserlər Cirkut və Billboard ilə işləməyə başlayıb. O, Allie X adı altında yayımlanan ilk sinqlı "Catch" ilə uğur qazanıb. Bu musiqi tənqidçiləri tərəfindən yaxşı qarşılanıb. Bu mahnı həmçinin pop müğənnisi Keti Perri sosial mediada onu "bahar mürəbbəsi" adlandırmasından sonra populyarlaşdı.

Allie X 2015-ci ildə debüt minialbomu olan "CollXtion I"-i buraxıb. 2017-ci ildə "CollXtion II" adlı debüt studiya albomunu təqdim edib. 2018-ci ildə dördüncü minialbomu olan "Super Sunset"-i yayımlayıb. Onun ikinci studiya albomu, "Cape God", 21 fevral 2020-ci ildə işıq üzü görüb. Allie X-in üçücü studiya albomu olan "Girl with No Face" 2024-cü ildə çıxarılıb.

Həyatı Aleksandra Eşli Huys 31 iyul 1985-ci ildə Ontarionun Oakvill şəhərində anadan olub. Ailəsi Britaniya əsillidir. O, Etobicoke İncəsənət Məktəbində oxuyub, sonra Miçiqandakı İnterlochen İncəsənət Akademiyasında klassik fortepiano və səs üzrə təhsil alıb və Sheridan Kollecinin Musiqili Teatr Performansı proqramını bitirib, həmçinin musiqili teatr üzrə təhsil alıb.

Albomlar CollXtion II (2017) Cape God (2020) Girl with No Face (2024)

İstinadlar