Ceyms Abram Qarfild (; ) — Amerika Birləşmiş Ştatlarının 20-ci prezidenti (4 mart – 19 sentyabr 1881). Vətəndaş müharibəsi illərində ABŞ ordusunda general-mayor rütbəsinədək yüksəlmişdir.
1881-ci il iyulun 2-də Vaşinqton şəhərinin dəmir yolu vağzalında olarkən psixi cəhətdən sağlam olmayan Şarlem Gito prezident Ceyms Qarfildə arxadan atəş açır. Güllə dərinə getməsə də, həkimlərin onu çıxarmaq cəhdləri qara ciyərin zədələnməsinə və infeksiya keçməsinə səbəb olur. Uğursuz və səriştəsiz müalicə sui-qəsddən 2 ay sonra 1881-ci il sentyabrın 19-da Ceyms Qarfildin ürək dayanması nəticəsində vəfat etməsi ilə nəticələnir.
Maraqlı faktlar Ceyms Qarfild eyni vaxtda bir əli ilə latın, digər əli ilə qədim yunan əlifbasında yaza bilirmiş Ceyms Qarfild telefondan istifadə etmiş ilk ABŞ prezidenti olmuşdurAmerican Presidents: Life Portraits , C-SPAN, Retrieved November 29, 2006.
Həmçinin bax Amerika Birləşmiş Ştatları prezidentlərinin siyahısı
İstinadlar
Kateqoriya:ABŞ prezidentləri Kateqoriya:ABŞ siyasətçiləri Kateqoriya:ABŞ hərbçiləri Kateqoriya:Öldürülmüş prezidentlər Kateqoriya:Masonlar Kateqoriya:Sui-qəsd qurbanları Kateqoriya:ABŞ prezidentliyinə namizədlər (1880) Kateqoriya:İngilis mənşəli ABŞ şəxsləri Kateqoriya:XIX əsr siyasətçiləri Kateqoriya:ABŞ hüquqşünasları