Günter Ayx (; ) — Almaniya yazıçısı, şairi, nasiri. "47-ci qrup"un üzvü.

Həyatı Günter Ayx 1 fevral 1907-ci ildə Almaniyada anadan olmuşdur. O, 1927-ci ildə ədəbi fəaliyyətinə başlamışdır. Bu zaman Ayxın bir neçə şeiri "Son sözlər antologiyası"nda dərc olunmuşdur. Onun 1927-ci ildən İkinci Dünya müharibəsinin sonuna qədər olan dövrü Ayxın axtarışları və formalaşması dövrü kimi xarakterizə edilir. O, müharibədən sonra məşhurlaşmışdır. Ayx bu zaman bədii məharətdə özünü təsdiq etmiş, öz üslubunu tapmışdı. Onun lirikası humanist xarakter daşıyır, şair isə modernist poeziya texnikasına müraciət edir. Bu, "Metro" (1949), "Yağışdan məktublar" (1955) və "İşə" (1964) toplularında müşahidə edilir. Əsərlərində o, yazılarına son dərəcə sərt yanaşır, həmçinin dillə çox təcrübələr aparır. Ayx həm də radio pyes janrının yaradıcılarından biridir (ilk təcrübələr 1920-ci illərə təsadüf edir). Onun radiodramaturgiyası poetik teatr adlanır. "Yuxular" (1951), "Özgə və mən" (1952), "Tanrının yüz adı var" (1957), "Şəhid Festi" (1959) əsərləri dilin xüsusi lakonizmi, metaforik dialoqları ilə seçilir. Onun radio dramaturgiyasının zirvəsini "Viterbodan olan qızlar" (1953) pyesi adlandırmaq olar, burada müəllif Almaniyanın müharibədən sonrakı ədəbiyyatı üçün əsas mövzulardan birinə, almanların faşizm cinayətlərinə görə məsuliyyətinə müraciət edir. Daha sonra, 1960-cı illərdə yazıçı radio dramaturgiyasından ayrılır. Yaradıcılığında pessimist motivlər aydın eşidilir, o, get-gedə poetikasının ifadə xüsusiyyətlərini itirir. Günter Ayx 20 dekabr 1972-ci ildə Avstriyanın Zalsburq şəhərində vəfat etmişdir.Энциклопедический словарь. 2009. Айх Гюнтер.

İstinadlar

Xarici keçidlər

Biografie: Günter Eich, Schriftsteller Гюнтер Айх. Школьницы из Витербо: Радиопьеса / Пер. М. Белорусца и Т. Баскаковой // TextOnly, вып. 46 (2017).

Kateqoriya:Almaniya yazıçıları Kateqoriya:Almaniya şairləri Kateqoriya:Almaniya dramaturqları