200px|thumb|right|Mirzə Məhəmmədhəsən bəy Hacı. Yıva boyunun baharlı tayfasının nümayəndəsi Azərbaycan tayfaları — azərbaycanlı, azərbaycanlılaşmış və ya azərbaycanlıların etnogenezində rol oynamış qruplardan ibarətdir. Bu tayfaların bir hissəsi azərbaycanlıların etnoqrafik qrupu hesab edilir, dilləri isə Azərbaycan dilinin dialektlərindən sayılır.

Tarixi

Erkən dövr Azərbaycanlıların etnogenezində yerli xalqlar və İran tayfalarından başqa eramızın I minilliyindən etibarən hunlar, türkdilli xəzərlər, bulqarlar, II minilliyindən başlayaraq isə oğuz və peçeneq tayfaları iştirak etmişdir.Азербайджанцы — статья из Большой советской энциклопедии. : В этногенезе А. участвовало древнее коренное население Атропатены и Албании Кавказской, смешавшееся с вторгавшимися сюда в 1-м тыс. до н. э. и 1-м тыс. н. э. ирано- и тюркоязычными племенами (киммерийцы, скифы, гунны, булгары, хазары, огузы, печенеги и др.) Bir türk xalqı olaraq azərbaycanlıların özəyi əsas oğuz türk tayfaları olan bayat, yıva, əfşar, bəydili, həmçinin qacarlar, xələclər, qıpçaqlar və s. idi.Алиев С. М. Критический анализ трёх основных гипотез об этногенезе азербайджанских тюрок // Иран. История, экономика, культура. Памяти С. М. Алиева. — М.: ИВ РАН, 2009. — С. 33–34.

Müasir Azərbaycan və Ermənistan ərazilərində yaxşı otlaqların olması səbəbi ilə monqollar, türklər və türkmən tayfaları monqol elxanları, teymurilər və türkmən padşahların dövründə burada yerləşmişdir. Daha sonra bu tayfalar azərbaycanlılara assimilyasiya olunmuşdur. XIII–XV əsrlərdə köhnə feodalların torpaqları tədricən köçəri tayfaların irsi başçılarının əlinə keçmişdir. Dağıstandakı Bərəkəy kəndində tərəkəmələr XIII–XIV əsrlərdən əvvəl məskunlaşmışdır.Ханмагомедов Х. Л. Дагестанское Теркеме: комплексное страноведческое исследование. –. — Махачкала: "Наука плюс", 2016. — 368 с. İdarə etdikləri ərazilərə Qubadan cənubdakı azərbaycanlıların torpaqları da daxil olan, İran Azərbaycanında məskunlaşmış qaraqoyunlu və ağqoyunlu tayfaları azərbaycanlıların etnogenezində iz qoymuşdur.

Səfəvilərdən xanlıqlara qədərki dövr 200px|thumb|left|Şamlu boyunun damğası (Cingirdağın qarşısında)Sevinc Şirinli. Qobustanda məzar daşları və karvansaralar üzərində qeydə alınmış işarə və damğalar haqqında. Azərbaycan Arxeologiyası. Volume 25 № 2 2022, 93–101. Səh 94.

Azərbaycanlılarda təsərrüfat, mədəniyyət və həyat tərzi baxımından fərqlənən etnoqrafik qruplar inkişaf etmişdir. Bu etnoqrafik qruplardan bəziləri XIX əsrin son rübünə qədər mövcudiyyətini saxlamışdır.Волкова Н. Г. Этнические процессы в Закавказье в XIX–XX вв. // Кавказский этнографический сборник. — М.: Изд-во АН СССР, 1969. — Т. 4. — С. 24.

Səfəvilər dövründə qızılbaşlar (şamlı, ustaclı eli, türkman, təkəli, əfşar, qacar eli, zülqədər, qaramanlı, qaradağlı, bayat, rumlu, varsaq tayfalarının birliyi) Azərbaycan dilində danışan türk tayfaları birliyi idi. Səfəvilər dövründə mövcud olmuş tayfalar arasında qızılbaşlar xüsusi imtiyazlar əldə edir, ən yaxşı otlaqlara sahib olurdular. Bunlara İrəvan əyalətində qacar-axçalı, ustaclu, bayat, Naxçıvanda ustaclı-kəngərli, Azərbaycan əyalətində (Azərbaycan Respublikasının bəzi cənub rayonları və İran Azərbaycanı) türkmən, şamlı, qaradağlı, Urmiyada əfşarlar (XVII əsrin əvvəllərindən etibarən), Qarabağda qacar-ziyadlı və digər oymaqlar, şəmsəddinli (Şəmsədil), qazaxlı, Şirvan əyalətində rumlu, alpaut, bayat və s. daxildir. Səfəvilər dövründə oturaq əhalinin mövqeyinin zəifliyi köçərilərin oturaq həyata keçməsini yavaşladırdı. XVII və XVIII əsrlər ərzində bəzi tayfalar yarımköçəri həyat tərzinə keçir, həm əkinçiliklə məşğul olur, həm də yayda sürüləri ilə yaylağa köçürdü. Qacarlar dövləti dövründə Azərbaycan dili Azərbaycan tayfalarından təşkil edilmişMuriel Atkin, Russia and Iran, 1780–1828. 2nd. ed. Minneapolis: University of Minnesota Press. 1980. ISBN 0-8166-0924-1, 9780816609246. ordunun dili idi.Law, Henry D. G. (1984) "Modern Persian Prose (1920s-1940s)" Ricks, Thomas M. Critical perspectives on modern Persian literature Washington, D. C.: Three Continents Press s. 132 ISBN 0-914478-95-8, 9780914478959 "cited in Babak, Vladimir; Vaisman, Demian; Wasserman, Aryeh. "Political Organization in Central Asia and Azerbaijan": Ch. E. Davies, "Qajar rule in Fars prior to 1849" "On the next day it became known at Shiraz that Muhammad Shāh’s army consisted of Āzarbaijanī Turks who did not know Persian and had a European general."Denis Wright. The English Amongst the Persians: Imperial Lives in Nineteenth-Century IranБ. П. Балаян, "К вопросу об общности этногенеза шахсевен и кашкайцев"

XVIII əsrin ortalarında formalaşan Azərbaycan xanlıqlarının hökmdarları (xan) həm də tayfa rəhbərləri idi. Onların prioritet sədaqəti öz mənsub olduqları tayfalara idi.

Səfəvilər dövründə Qarabağ bəylərbəyliyi ərazisində fəaliyyət göstərən tayfalar iki böyük tayfa ittifaqını — otuziki və iyirmidördləri yaratdıKioumars Ghereghlou. Cashing in on land and privelege for the welfare of the shah: monetisation of tiyul in ealy Safavid Iran and Eastern Anatolia // Acta Orientalia Academiae Scientiarum Hung. — 2015. — Т. Volume 68, № 1. — С. 110.. Daha sonra yaranmış Qarabağ xanlığında yaşayan türk tayfaları cavanşir, kəbirli, otuziki idi.Мирза Адыгезал-бек. Карабах-наме. Баку, 1950, с. 56. Əhməd bəy Cavanşirə görə Pənahəli xanın vaxtında püsyan, qaraçarlı, cinli, dəmirçihəsənli, qızılhacılı, səfikürd, boyəhmədli saatlı, kəngərli və s. köçərilər Qarabağ xanlığına köçmüşdür.Ахмедбек Джаваншир. История Карабахского ханства (с 1747 по 1805 годы). — Баку. 1961, с. 71 Qarabağın azərbaycanlılar yaşayan kəndlərində cavanşirlər, Arazsahili isə cəbrayıl eli fəaliyyət göstərirdi.George A. Bournoutian. The 1823 Russian survey of the Karabagh province : a primary source on the demography and economy of Karabagh in the early 19th Century. — Costa Mesa, California: Mazda Publishers, 2011. — 456 p. — ISBN 9781568591735.

İrəvan xanlığında yaşayan türk tayfaları bayat, kəngərli, ağqoyunlu, qaraqoyunlu, ayrım, qacar və qarapapaq idi. İrəvan xanlığının şimal və mərkəzindəki otlaq əraziləri idarə edən türk tayfaları arasında ən böyük tayfa ittifaqları qarapapaqlar (5000 şəxs) və ayrımlar (3000 köçəri) idi. Daha sonrakı yerləri böyük çobankərə, saatlı, seyidli-axsaxlı, muğanlı və qacarlardan şahdili və sədərəkli tuturdu.Bournoutian, George A. The Khanate of Erevan Under Qajar Rule: 1795–1828. — Mazda Publishers, 1992. — ISBN 978–0939214181. Bəylərbəyliklər, xanlıqlar və sultanlıqların hakim sülalə və tayfalarıEl/sülaləTayfaİdarə edilən ərazilərZiyadoğlular sülaləsiBayat boyundan qacarlar Səfəvilərin Qarabağ bəylərbəyiliyi, bəzən Çuxursəəd və Şirvan bəylərbəyilikləri İrəvan və Gəncə xanlıqlarıŞahsevənlərCavad xanlığıNaxçıvanskilərBəydilli boyunun ustaclı tayfasından kəngərlilərNaxçıvan xanlığıCavanşirlərƏfşarlarQarabağ xanlığıSərkərlərXançobanıŞirvan xanlığıMüqəddəmlərBayat boyundan müqəddəmlərMarağa xanlığıZülqədərovlarZülqədərlərŞəmşəddil sultanlığı

Türkmənçay müqaviləsindən sonrakı dövr thumb|250x250px|Azərbaycanlı qadınlar. 1870-ci illər Rusiya-İran müharibəsindəki məğlubiyyətdən sonra (1828-ci il) Abbas Mirzə türk tayfa nümayəndələrinin döyüş qabiliyyətinə dəyər verdiyi üçün onları Arazın cənubunda yerləşdirməyə təşviq edir, bunun üçün mükafat olaraq münbit torpaqlar təklif edirdi. Belə tayfalardan biri olan ayrımlar Gümrüdəki ata-baba torpaqlarından Makunun qərbindəki əraziyə köçdülər.

S. Zelenskinin verdiyi məlumata görə Yelizavetpol quberniyasının Zəngəzur qəzasında 7 azərbaycan tayfa qrupu var idi: sofulu, dərzili, saralı, puşanlı, giyili, xocamusaqlı, baharlı. Etnoqraf və qafqazşünas qeyd edir ki, keçmişdə azərbaycanlılar arasında aşağıdakı qruplaşmalar fərqləndirilə bilərdi: cavanşir, dəmirçihəsənli, təklə və muğanlıya bölünənlər, daha sonra — cəbrayıllı, sarcalı, sofuli, gəyili, xocal-səhli, ciyilli, dələgərdə, kəngərli, imirli və s. A. D. Yeritsovun Qazax qəzasında qeyd etdiyi və digər qəzalarda da qeydə alınan tərəkəmə (köçəri) tayfalar bunlar idi: ayrımlı, bayat, qədirli, qaraqoyunlu, qaraxanlı, kəngərli, salaxlı, sofulu, tatlı.Волкова Н. Г. Этнонимия в трудах экономического обследования Кавказа 1880-х годов // Имя и этнос: общие вопросы ономастики, этнонимия, антропонимия, теонимия, топонимия: сборник. — М.: Ин-т этнологии и антропологии, 1996. — С. 26–27. — ISBN 5-201-00825-9.

Sovet Azərbaycanında 4 köçəri qrup (ayrımlar, padarlar, şahsevənlər, qarapapaqlar) mövcud idi. Ayrımlar Azərbaycanın qərbində, şahsevənlər isə Azərbaycanın cənubunda, İran sərhədi boyunca yaşayırlar.James Stuart Olson, Nicholas Charles Pappas. An Ethnohistorical dictionary of the Russian and Soviet empires. — Greenwood Publishing Group, 1994. — С. 60. — ISBN 0313274975, 9780313274978.

İran azərbaycanlıları üçün tayfa mənsubiyyəti sosial əlaqələr baxımından böyük əhəmiyyət daşımırdı. Ancaq türk və ya kürd olmağından asılı olmayaraq, İran Azərbaycanında böyük çoxluğun tayfa əlaqələri mövcud idi. Ən vacib türk qrupları Meşkin və Ərdəbilin şahsevənləri, Urmiya və Sainqalanın əfşarları, Makudakı bayat və digər tayfalardır.R. Tapper. AZERBAIJAN vi. Population and its Occupations and Culture // ENCYCLOPÆDIA IRANICA. — 1988. — С. 234–238.

Əsas tayfaların təsnifatı Azərbaycanda tarixi hun-xəzər qrupları və ya türk-monqol tayfaları üçün bax: XI əsrə qədər Cənubi Qafqaz və tarixi Azərbaycan ərazisində hun və türk fəaliyyəti#Azərbaycanlılar və Azərbaycan–monqol mədəni əlaqələri#Tayfaların məskunlaşma bölgələri

Tayfa ittifaqları Doqquz Oğuz (Toquz). İrəvanın Gərni nahiyəsində toquz obası var idi. Qaraqoyunlu tayfaları. Səədli, baharlı, duharlı, qaramanlı, alpaqut, çəkirli, ayinli, hacılı, ağaçəri, dögər (döyər) ve bayramlı tayfalarından ibarət idi. Gəncə, Qarabağ, İrəvanda yaşayırdılar. XIX əsrin əvvəllərində Xoy-İrəvan bölgəsində sayları 8 minə qədər idi. Ağqoyunlular. Şərqi Anadoluda yaşayan mosullu, pürnək, həmzə hacılı, əfşar, bayat, inallı, tabanlı, danışməndli, bicanlı kimi oymaqların birləşməsindən əmələ gəlmişdir. Yaşadıqları yerlərə Həmzəli oymağı, Gəncənin Şüturbasan nahiyəsi, Xocalı obası, Bərdənin Həsənqaya, Əhmədli obası daxil idi. XIX əsrin əvvəllərində Azərbaycanda 7–8 minlik Ağqoyunlu qrupu yaşayırdı. Qızılbaşlar. Səfəvi dövlətinin əsas hərbi və siyasi sütunlarından biri idilər, onlar Azərbaycan dilində danışan 7 tayfadan ibarət idi: şamlı, ustaclı, rumlu, təkəli, əfşar, qacar, zülqədər. İyirmidördlər. Mərkəzi Bərdə olan, Tərtər çay sahili ərazi XVI əsrdən etibarən bu köçəri tayfalara verilmişdir. İyirmidördlər tayfa ittifaqına həm türk (azərbaycanlı), həm də kiçik kürd tayfaları daxil idi. Kürd tayfaları getdikcə azərbaycanlılara assimilyasiya olunmuşdur. Otuzikilər. Bu tayfa ittifaqına həm türk (azərbaycanlı), həm də kürd mənşəli tayfalar daxil idi. Müqəddəmlər və 32 tayfanın başçısı hesab edilən Cavanşirlər bu ittifaqda idi. XVI əsrdən etibarən Qarabağ düzü və Bərdə şəhərinin cənubunda ona bitişik əkin ərazilərində mövcud olmuşdur. Kolanı tayfası. Türklərdən və kürdlərdən ibarət tayfadır. Kolanılar döyüşkən, qanun tanımayan, davakar tayfa kimi ad qazanmışdılar. Ona görə də onlar nə Səfəviləri, nə də Osmanlı hökumətini tanımırdılar və vergi ödəmirdilər.Путевые заметки (арм.) // Пчела Армении. — 1885. — Թիվ 65. — Էջ 3

24 oğuz tayfası və onlardan çıxmış qruplar

200px|thumb|right|Gəncə xanı Cavad xan. Bayat boyunun Qacar tayfasının Ziyadoğlu eli və sülaləsindəndir. 200px|thumb|right|Azərbaycanlı general Cəmşid Naxçıvanski. Bəydilli boyunun Ustaclı tayfasının Kəngərli elindən və sülaləsindəndir (Naxçıvanskilər soyu). 200px|thumb|right|Azərbaycan maarifçisi Həmidə Məmmədquluzadə. Əfşar boyunun Cavanşir tayfası və sülaləsindəndir. Alayuntlular. Azərbaycanlıların etnogenezində iştirak etmişdir. Azərbaycan, Ermənistan və Gürcüstanda tamğaları tapılmışdır. Ermənistan və Azərbaycanda müxtəlif kəndlər onların adı ilə adlandırılmışdır.Ibrahimov, T. (2019) Traces of the Oghuz Tribe Ulayundlug/Ala Yundlu (Ala Atly — with pinto horses) in Azerbaijan