Aklins () — Baham adalarında ada və rayon.
Coğrafiya Aklins adası Aklins buxtası kimi tanınan dayaz laqunda yerləşən adalar qrupundan biridir. Bunlardan ən böyüyü Kruked-Aylend (197 km2) və cənub-şərqdə Aklins (311 km2), daha kiçikləri isə şimal-qərbdə Lonq-Ki (21 km2) və cənubda Kesl-Aylenddir. Aklins və Kruked-Aylend Nassaudan təxminən cənub-şərqdə yerləşir.Багамы Аут (6 июня 2013)
Tarixi Adalar 1780-ci illərin sonlarında mindən çox qul işlədən pambıq plantasiyaları quran loyalistlər tərəfindən məskunlaşdırılmışdır. Britaniya imperiyasında köləliyin ləğvindən sonra plantasiyalar əlverişsiz hala düşmüş və dəniz süngərləri yığılmasından əldə olunan alternativ gəlirlər də azalmışdır. İndiki dövrdə sakinlər balıqçılıq və kiçik miqyaslı əkinçiliklə məşğul olurlar.
İstinadlar
Kateqoriya:Baham adalarının adaları Kateqoriya:Atlantik okeanın adaları