thumb|200px|Buenos-Ayresdən təəsüratlar 2009 thumb|200px|Berlindəki sərginin fotoşəkilləri 2006 thumb|200px|Tierpark Berlin 2020 United Buddy Bears — bütün dünyada sülh ideyasını dəstəkləyən dünya turnesi çərçivəsində beynəlxalq mədəniyyət layihəsidir.

Hər birinin hündürlüyü 2 metr olan 145-dan çox Baddi ayısı Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmış ölkələrin sayını təmsil edəcəklər. 2002-ci ildə Berlin şəhərində keçirilmiş ilk sərgidən başlayaraq bütün dünyada artıq 45 milyondan çox tamaşaçı "Bir-birimizi daha yaxşı tanımalıyıq ki, bir-birimizi daha yaxşı anlaya, daha çox inana və sülh şəraitində qonşu ola bilək" şüarı ilə səbir, xalqlar arasında dostluq və sülhü təbliğ edir.

Vəzifəsi Baddi ayıları sakit əl-ələ tutub durur və xalqlar, mədəniyyətlər və dinlər arasında səbir və razılığı təbliğ edirlər. Hər Baddi ayısı öz ölkəsini təmsil edən rəssam tərəfindən bəzənmişdir. thumb|200px|left|Qahirədəki sərginin fotoşəkilləri (2007)

Belə şənlik toplantısında beynəlxalq rəssamlar qrupunun cürbəcür üslub istiqamətləri həyat sevincini yayan vahid bir əsərə birləşir. Ayıların cürbəcür, təmsil olunmuş ölkələrə xas olan bəzənməsinə görə tamaşaçılar dünya ətrafında səyahət edirlər.

Azərbaycan tərəfdən Birləşmiş Baddi Ayılarını rəssam İbrahim Əhrari bəzəmişdir.

Dəstək və yardım Sərgilər Almaniyanın səfirliklərinin, həmçinin UNİCEF-in bütün dünyada olan xoşməramlı səfirlərinin (Peter Ustinov, Ceki Çan, Miya FerrouMiya Ferrou - Berlin 2006, Ken Don, Kristian Xerbiqer) dəstəyi ilə keçirilir. Bəzi sərgiləri ev sahibi olan ölkələrin prezidentləri və ya baş nazirləri açmışlar, misal üçün, Almaniya prezidenti Horst Köler, Yaponiyanın baş naziri Cuniçiro Koyzumi, Avstraliyanın baş naziri Con Hovard və Misir prezidentinin xanımı Süzanna Mübarək.

United Buddy Bears sərgisinə baş çəkən BMT-nin baş katibi Pan Gi Mun sərgi haqqında demişdir: "müxtəlif ölkələrdən olan rəssamların yüksək yaradıcılıq səviyyəsini əks etdirir və bununla da özündə bütün dünyada harmoniya və sülh mesajını daşıyır"

Dünya turnesi thumb|200px|United Buddy Bears - Astana 2010 thumb|200px|United Buddy Bears - Paris 2012 thumb|200px|Rio de Janeyro Copacabana 2014 thumb|200px|United Buddy Bears Riqa 2018 thumb|200px|United Buddy Bears Sinqapur 2025 United Buddy Bears sərgiləri şəhərlərin yalnız mərkəzi meydanlarında keçirilir. Sərgiyə giriş pulsuzdur ki, onu məktəblilər və əhalinin geniş təbəqələri görə bilsin. Bu günədək sərgilər aşağıda göstərilən şəhərlərdə keçirilmişdir: 2002 və 2003 Berlin 2004 Kitsböel (Avstriya), Honq Konq, İstanbul 2005 Tokio, Seul 2006 Sidney, Berlin, Vyana 2007 Qahirə, Yerusəlim 2008 Varşava, Ştutqart, PxenyanUnited Buddy Bears - Pxenyan 2008 2009 Buenos-Ayres, Montevideo 2010 Berlin, Astana, Helsinki 2011 Sofiya, Berlin, Kuala Lumpur 2012 Dehli, Sankt-Peterburq, Paris 2014 Rio de Janeyro 2015 Havana, Santyaqo 2016 Pinanq 2017 və 2018 Berlin 2018 Riqa 2019 Qvatemala şəhəri 2020-dən 2023-ə qədər Berlin, Tierpark Friedrichsfelde 2024 Lyublyana 2025 Sinqapur, Körfəzdəki bağlar

Sərgilər həmçinin Roma, Nyu-York və Pekin də daxil olmaqla bir çox digər şəhərlərdə də planlaşdırılır.

Yoxsulluqda olan uşaqlara yardım United Buddy Bears layihəsinin təşəbbüsçüləri ər-arvad Yeva və Klaus Herlits üçün vacibdir ki, layihə tək səbir, dostluq və sülhə dair fikirləri oyatmasın. Buddy Ayıları iştirak edən tədbirlər yoxsulluqda olan uşaqlara yardım layihəsinin ayrılmaz bir hissəsinə çevrilmişdir.

İanələr və Ayıların auksionlardan satışından UNİCEF və sərgini qəbul edən şəhərlərdə uşaqlara yardım göstərən yerli təşkilatlar üçün bütün dünyada 2,6 milyon Avro topanılmışdır.

Berlin və Berlin Ayıları 2003-cü ildə «Dünya ətrafında 80 günə səyahət» bədii filmin Berlində çəkilişləri zaman Ceki Çan demək olar ki, berlin ayılarını sevmişdir. Aktyor 100-dən çox ayılarla fotoşəkil çəkdirmişdir. Belə plakat yaradılmışdır. 2004-cü ildə Ceki Çan təşkil etmişdir ki, Ayılar Hon Konqa da gəlsinlər. Sərginin açılışında Ceki UNİCEF və uşaqlara yardım göstərən başqa iki təşkilatlar üüçün 1,5 milyon Hon Konq dolları məbləğində qəbzləri bağışlamışdır.

İstinadlar

Xarici keçidlər Rəsmi sayt Qızıl Buddy Ayıları

Kateqoriya:Almaniya mədəniyyəti Kateqoriya:Uydurma ayılar Kateqoriya:Modernizm sənəti Kateqoriya:XXI əsrin heykəlləri Kateqoriya:Müasir incəsənət əsərləri Kateqoriya:Populyar mədəniyyətdə ayılar Kateqoriya:Almaniyadakı heykəllər