Çinarə Məlikzadə () — Azərbaycanlı müğənni, aktrisa. Mustafa Ceceli, Haluk Levent, Rafet El Roman kimi sənətçilər ilə duetlər ifa edib və birlikdə səhnəyə çıxıb.
Həyatı Çinarə Məlikzadə 11 oktyabr 1990-cı ildə Bakıda anadan olub. Kiçik yaşlarından musiqiyə maraq göstərən Çinarə Məlikzadə xalq artisti Oqtay Zülfiqarovdan xanəndəlik dərsi alıb və musiqi məktəbində fortepiano üzrə oxuyub. 2008–2012-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib. "Pöhrə", "Yeni Ulduz", "O səs Türkiye" kimi bir çox müsabiqələrdə iştirak edib.
Yaradıcılığı Çinarə Məlikzadə "Gedək üzü küləyə" mahnısı ilə məşhurlaşdıqdan sonra solo fəaliyyətə başlayıb. O, hazırda həm filmlərə çəkilir, həm də solo ifaçıdır.
Mustafa Ceceli, Haluk Levent, Rafet El Roman kimi sənətçilər ilə duetlər ifa edib və birlikdə səhnəyə çıxıb.
Vətən müharibəsi dövründə ifa etdiyi "Azərbaycan" mahnısı ilə məşhurlaşıb. O, müxtəlif dövlət tədbirləri və konsert proqramlarında çıxış edib.
Azərbaycan, Türkiyə, Şimali Kipr, ABŞ, Polşa, İsveç, Ukrayna kimi bir sıra ölkələrdə müxtəlif konsert və musiqi tədbirlərində çıxış edib, bir sıra solo konsertlər verib.
Solo konsertləri 2019-cu ildə İlham Qasımovun çəkdiyi 8 beynəlxalq festivalın qalibi olan "Qız qalası" filmində, İran və Türkiyənin birgə ərsəyə gətirdiyi rejissorluğu Mehrdad Qafarzadəyə aid "Bana bir aşk şarkısı söyle" filmində rol alıb.
İstinadlar