Əjdər Əjdər oğlu Əliyev () — Azərbaycan dövlət xadimi, Azərbaycan Dövlət Statistika Komitəsinin sədri (1989–1993), Azərbaycan SSR tikinti naziri (1986–1989), Azərbaycan SSR sənaye tikintisi naziri (1983–1986).
Həyatı Əjdər Əjdər oğlu Əliyev 1937-ci ildə anadan olmuşdur. Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir.
Əmək fəaliyyətinə 1959-cu ildə Azərbaycan Dövlət Neft Sənayesi Müəssisələrini Layihələşdirmə İnstitutunda ("Azərneftdövlətlayihə") texniki kimi başlamış, "Sibtexquraşdırma" Trestinin Krasnoyarsk Quraşdırma İdarəsinin ustası olmuşdur. Sonra yeddi il ərzində Azərbaycan Neft Kimyası Qurğularını Quraşdırma Trestinin Sumqayıt və Bakı (3 nömrəli idarə) quraşdırma idarələrində müxtəlif mühəndis-texnik vəzifələrində, 1967-ci ildən isə Azərbaycan SSR Nazirlər Soveti Quraşdırma və Xüsusi Tikinti İşləri İdarəsi rəisinin müavini işləmişdir.
Əjdər Əliyev 1970-ci ildən Azərbaycan SSR sənaye tikintisi nazirinin müavini olmuş, 1983-cü ildən sənaye tikintisi naziri, 1986-cı ildən isə tikinti naziri vəzifələrində çalışmışdır. 1989-cu ildən Azərbaycan Dövlət Statistika Komitəsinin sədri olmuşdur.
Əjdər Əliyev 1967-ci ildən Sov.İKP üzvü olmuşdur. Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı seçilmişdir. "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.
İstinadlar
Həmçinin bax Azərbaycan SSR hökuməti (1980–1985) Azərbaycan SSR hökuməti (1985–1991) I Azərbaycan hökuməti
Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunları Kateqoriya:Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədrləri