Lautaro Javier Martinez () – İtaliya A Seriyasında çıxış edən İnterin argentinalı peşəkar futbolçusu. O, A Seriyasının ən bahalı (85 milyon avro) oyunçusudur.

Karyerası

Racinq Klub Racinq Klubda ilk matçına 1 noyabr 2015-ci ildə keçirilən Racinq Klub-Crucero del Norte FK matçının 80-ci dəqiqəsində çıxıb. Matç Racinq Klubun 3–0 hesablı qələbəsi ilə başa çatıb. Racinq Klubun heyətində ilk qolunu isə 30 yanvar 2016-cı ildə keçirilən İndependiente-Racinq Klub matçında vurub. Matçın 74-cü dəqiqəsində meydana çıxan Martinez 75-ci dəqiqədə fərqlənməyi bacarıb. Matç Racinq Klubun 1–3 hesablı qələbəsi ilə başa çatıb.4 iyul 2018-ci ildə Racinq Klubdan ayrıldı.

İnter 4 iyul 2018-ci ildə İnter ilə müqavilə imzaladı.İnterdə ilk matçına 14 iyul 2018-ci ildə keçirilən Luqano-İnter matçında çıxıb. Matça start heyətdə başlayan Martinez 46-cı dəqiqədə əvəzlənib. Eyni zamanda Lautaro Martinez matçın 16-cı dəqiqəsində fərqlənib. Matç İnterin 0–3 hesablı qələbəsi ilə başa çatıb.

Xarici keçidlər

1. Lautaro Martinez Soccerway

2. Racinq Klub 3–0 Crucero del Norte FK Soccerway

3. İndependiente 1–3 Racinq Klub Soccerway

4. Lautaro Martinez rəsmən İnter-də!

5. Luqano 0–3 İnter Soccerway

İstinadlar

Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:İnter Milan FK futbolçuları Kateqoriya:Argentina futbolçuları Kateqoriya:2022 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Argentinanın kişi futbolçuları Kateqoriya:FİFA Dünya Kubokunun qalib futbolçuları Kateqoriya:Legioner Argentina futbolçuları Kateqoriya:2021 Kopa Amerika futbolçuları Kateqoriya:2019 Kopa Amerika futbolçuları Kateqoriya:Kopa Amerikanın qalib futbolçuları Kateqoriya:Argentina milli futbol komandasının oyunçuları Kateqoriya:Futbol hücumçuları Kateqoriya:2026 FİFA Dünya Kuboku futbolçuları