Stevan Bates (; 29 noyabr 1981, Belqrad, Yuqoslaviya) — Müdafiəçi mövqeyində çıxış edən serb futbolçu. İranın Mes Kerman futbol klubunun oyunçusu.
Həyatı Stevan Bates 1981-ci ildə Belqradda anadan olub. Futbolçu kimi həmişə yaxşı fiziki göstəriciləri ilə seçilib. Peşəkar futbolçu karyerasına 19 yaşında başlayıb. 2000-2002-ci illərdə Serbiyanın "Jelezniçar" klubunda oynayıb. Belqrad təmsilçisində keçirdiyi 58 oyunda 1 qol vurub. Sonra "Vojdovaç"a keçərək 2005-ci ilədək bu komandada forma geyib. 51 oyunda meydana çıxıb 4 dəfə fərqləndikdən sonra "Rad"a üz tutub. Bir il burada oynayan Stevan 23 oyuna 2 qol vurub. 2006-cı ildə Fransa çempionatında "Şatoru"nun formasını geyən serbiyalı 66 oyunda 3 qol vurub.
2009-cu ildə mövsümlərarası fasilədə Bakı futbol klubuna transfer olunub.
Həmçinin bax
Kateqoriya:Serbiya futbolçuları Kateqoriya:Bakı FK futbolçuları Kateqoriya:Xəzər-Lənkəran FK futbolçuları Kateqoriya:Belqradda doğulanlar Kateqoriya:Serbiyanın kişi futbolçuları Kateqoriya:Alaniya FK futbolçuları Kateqoriya:Fransa Liqa 2 futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Fars körfəzi pro-liqası futbolçuları Kateqoriya:Serbiya Superliqası futbolçuları Kateqoriya:Rusiya Premyer Liqası futbolçuları Kateqoriya:Mes FK futbolçuları Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Rusiyada legioner futbolçular