Aleksandr Marten Alber (; ), həmçinin fəhlə Alber () olaraq tanınır — Fransa sosialisti, fəhlə, gizli inqilabi cəmiyyətin rəhbərlərindən biri.
Həyatı Aleksandr Marten 24 aprel 1815-ci ildə Fransanın Büri kommunasında anadan olmuşdur. O, 1832-ci, 1834-cü, 1839-cu illər Paris üsyanlarında iştirak etmişdir. Marten 1848-ci il inqilabı zamanı Paris barrikadalarında vuruşmuşdur. O, müvəqqəti İkinci Respublika hökumətinin üzvü, Lüksemburq komissiyasının vitse-prezidenti olmuşdur. Aleksandr Marten 28 may 1895-ci ildə Fransanın Mello kommunasında vəfat etmişdir.
İstinadlar
Əlavə ədəbiyyat
Xarici keçidlər
Encyclopedia of 1848 Revolutions entry on Albert l'Ouvrier International Institute of Social History entry Official biography by the French government (brief) Encyclopædia Britannica article
Kateqoriya:Fransa naşirləri Kateqoriya:Fransa inqilabçıları Kateqoriya:Fransa sosialistləri Kateqoriya:1848-ci ildəki inqilablar