Hilal Məmməd oğlu Əsədov — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini — Dövlət Plan Komitəsinin sədri (1971–1977)

Həyatı Hilal Məmməd oğlu Əsədov 1908-ci ildə anadan olmuşdur. Azərbaycan Sənaye İnstitutunu bitirmişdir.

1931–1957-ci illərdə neft sənayesi sahəsində müxtəlif vəzifələrdə mühəndis, mədən müdiri, bir sıra nextçıxarma trestlərində baş mühəndis, müdir, eləcə də Azərbaycan SSR neft sənayesi nazirinin müavini olmuşdur. 1957-ci ildən Azərbaycan SSR Dövlət Plan Komissiyası (Komitəsi) sədrinin müavini, 1963-cü ildən isə birinci müavini vəzifələrində çalışmışdır. 1971-ci ilin iyul ayında Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini — Dövlət Plan Komitəsinin sədri vəzifəsinə təyin edilmişdir. 1977-ci ilin dekabr ayında təqaüdə çıxanadək bu vəzifədə işləmişdir.

Hilal Əsədov Azərbaycan Ticarət Palatası Rəyasət Heyətinin sədri, Azərbaycan Elm-Texnika Cəmiyyətləri Şurasının sədri olmuşdur. O, 7–9-cu çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur.

İstinadlar

Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunları Kateqoriya:Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavinləri Kateqoriya:Azərbaycan SSR Dövlət Plan Komitəsinin sədrləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizədlər