Canpoladzadə Mustafa Paşa (ö. iyun 1636) — Osmanlı sultanı IV Murad dönəmində kaptan-ı dərya olan dövlət xadimi.

Əli Paşanın oğlu olub, Əndərunda yetişmiş, 1629-cu ildə baş miraxur təyin edilmişdir. 1630-cu ildə vəzir rütbəsiylə kaptan-ı dərya təyin edilmişdir. 1633-cü ildə vəzifədən alınaraq Anadoluya sürgün edildi. Burada artan zülmü və özbaşınalığı səbəbilə 1636-cı ilin iyununda edam edilmişdir. Oğlu Hüseyn Paşadır.

Mənbə Sicill-i Osmani IV cild, səh. 165.

Kateqoriya:Osmanlı paşaları