«Alfa» () — rejissor Albert Hyuz tərəfindən çəkilmiş, ibtidai dövrün gənci və onun canavar ilə dostluğundan bəhs edən Amerika filmi. Filmin premyerası 16 avqust 2018-ci ildə baş tutub. Məzmun Yer kürəsi 20 min il əvvəl. Üst Paleolit. İbtidai qəbilə lideri Tau, oğlu Kedanin artıq yaşının çatdığına inanaraq onu ova aparır. Keda ov edərkən yaralı bir bizonun hücumuna məruz qalır və uçuruma düşür. Qəbilə Kedanın öldüyünə qərar verir və ayrılır, çünki çıxarılan bizon ətinin soyuq havalardan əvvəl dayanacağa çatdırılması lazımdır.

Bu vaxt Keda özünə gəlir. Amma o, ayağından zədə alıb və ona doğma düşərgəyə qayıtmaq asan deyil. Yolda canavar sürüsü ona hücum edir. Keda döyüşüb canavarlardan birini yaralamağı bacarır. Əvvəlcə yırtıcını öldürmək istəyir, lakin sonra fikrini dəyişərək ona qulluq edir. İnsanla heyvan arasında dostluq yaranır. Onlar birlikdə ova başlayırlar və oğlan canavara Alfa deyir. Keda öz qəbiləsinə səyahəti zamanı dəstə Alfanı geri çağırır, lakin sonra o, yenidən Kedaya qayıdır. Birlikdə sınaqlardan keçməyi və mağara aslanına qarşı dueldən sağ çıxmağı bacarırlar.

Artıq qışda donmuş və yaralanmış Keda və Alfa Kedanın doğma qəsəbəsinə qayıdırlar. Əhilləşdirilmiş Alfa dişi olduğu üçün canavar balalarını dünyaya gətirir. Sonda insanlar və əhliləşdirilmiş canavarlar birlikdə ova çıxırlar.

Rollarda Keda rolunda Kodi Smit-Makpi

Tau rolunda Johannes Haukur Johannesson

Rho rolunda Natassia Malthe

Sigma rolunda Marcin Kowalczyk

Xi rolunda Jens Hultén

Şaman rolunda Leonor Varela

Mercedes de la Zerda Nu kimi

Spenser Bogaert Kappa rolunda

İstinadlar Kateqoriya:Avropa haqqında filmlər Kateqoriya:2018-ci ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin 3D filmləri Kateqoriya:ABŞ-nin epik filmləri Kateqoriya:ABŞ-nin həyatda qalma filmləri Kateqoriya:Heyvanlar haqqında filmlər Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Columbia Pictures filmləri Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:Dramlar Kateqoriya:İslandiyada çəkilən filmlər Kateqoriya:2018-ci ilin 3D filmləri Kateqoriya:Tarixi filmlər