Mauro Tassotti ( ; ) — İtalyalı keçmiş futbolçu və məşqçi. Müdafiəçi mövqeyində çıxış edib. Daha çox "Milan" klubundakı çıxışları ilə tanınır.

Karyera left|thumb| Mauro Tassotti " Milan" da 1983/84 mövsümündə çıxış edirMauro Tassotti karyerasına "Latsio" klubunda başlayıb, klubda debütünü 5 noyabr 1978-ci ildə "Askoli"yə qarşı oyunda edib. Tassotti 2 mövsüm "Latsio"da keçirdikdən sonra, o zaman İtaliya futbolunda yaranan qalmaqal səbəbindən B Seriyasına düşən "Milan" klubuna keçir.

Tassotti 24 avqust 1980-ci ildə "Kataniya" klubu ilə oyunda Milanlıların heyətində debüt edir. "Milan"a gəldikdən dərhal sonra Tassotti Rossonerilərin əsas oyunçusuna çevrilir. Arriqo Sakkinin "Milan" məşqçi korpusuna gəlişi ilə Tassotti özü də klubun ən hörmətli və əvəzolunmaz oyunçularından birinə çevirilir. Bu zaman o, komandanın vitse-kapitanı olur.

Sakki və daha sonra onu əvəzləyən Fabio Kapello dövrundə "Milan" ilə 5 Skudetto, 4 İtaliya Superkuboku, 3 Çempionlar Liqası, 3 UEFA Super Kuboku və 2 Qitələrarası Kubok qazanır.

Tassotti İtaliya millisində debütünü 14 oktyabr 1992-ci ildə İsveçrə ilə matçda edri.

1994-cü ildə Tassotti İtaliya millisi ilə Dünya Kubokuna gedir, milli komandanın baş məşqçisi, Tassottinin Milandakı keçmiş məşqçisi Arriqo Sakki milli komandanın müdafiəsini Milanın müdafiə xətti əsasında qurmağa qərar verir, lakin ilk matçda İtalyanlar İrlandiyaya uduzurlar və buna görə də Tassotti də daxil olmaqla bir neçə oyunçu, növbəti oyunlarda ehtiyat oyunçular skamyasına salınır.

Uğurları

Klub İtaliya çempionu: 1988, 1992, 1993, 1994, 1997 İtaliya Superkubokunun qalibi: 1988, 1992, 1993, 1994 Avropa kubokunun qalibi: 1989, 1990, 1994 UEFA Super Kubokunun qalibi: 1989, 1990, 1994 Qitələrarası kubokun qalibi: 1989, 1990

Fərdi Qaytano Şirea mükafatı laureatı (1996)

İstinadlar

Kateqoriya:İtaliya futbol məşqçiləri Kateqoriya:Milan FK futbolçuları Kateqoriya:Latsio FK futbolçuları Kateqoriya:İtaliya milli futbol komandasının oyunçuları Kateqoriya:İtaliya futbolçuları Kateqoriya:Romada doğulanlar Kateqoriya:Yaşayan insanlar Kateqoriya:1960-cı ildə doğulanlar Kateqoriya:19 yanvarda doğulanlar Kateqoriya:Milan FK məşqçiləri Kateqoriya:İtaliya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Futbol müdafiəçiləri Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:İtaliya B Seriyası futbolçuları Kateqoriya:1994 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:1988 Yay Olimpiya Oyunlarında futbolçular Kateqoriya:İtaliya Olimpiya milli futbol komandasının oyunçuları Kateqoriya:İtaliya A Seriyası məşqçiləri Kateqoriya:UEFA Çempionlar Liqasının qalib futbolçuları Kateqoriya:Ukraynada legioner futbol məşqçiləri Kateqoriya:Roma şəxsləri Kateqoriya:İtaliya şəxsləri