Han Solo: Ulduz müharibələri. Hekayələr (; həmçinin sadəcə Solo) — Ron Hovardın rejissorluğu ilə 2018-ci ildə çəkilmiş, "Lucasfilm" tərəfindən istehsal olunmuş və "Walt Disney Studios Motion Pictures" tərəfindən yayımlanmış ABŞ kosmik vestern filmi. Alden Erenrayk tərəfindən canlandırılan "Ulduz müharibələri" personajı Han Solo haqqında olan film 2016-cı ildə çəkilmiş "İzqoy-bir"dən sonra yayımlanmış ikinci "Ulduz müharibələri" antologiya filmidir. Rollarda Vudi Harrelson, Emiliya Klark, Donald Qlover, Tandiv Nyuton, Fibi Voller-Bric, Yoonas Suotamo və Pol Bettani var. Filmin hadisələri orijinal "Ulduz müharibələri" filminin hadisələrində 10 il əvvəldə cərəyan edir, yeraltı soyğunda iştirak edən Han Solo və Çubakkanın ilk sərgüzəştlərini təsvir edir.

Corc Lukas 2012-ci ildə "Han Solo" prikvelinin istehsalına başlamış və ssenarinin yazılması üçün Lourens Kezdanı işə götürmüşdür. Lukas 2012-ci ildə "Lucasfilm"i "Disney"ə satdıqdan sonra Kasdan "Ulduz müharibələri: VII Epizod – Gücün oyanması" (2015) filminin ssenarisini yazması üçün işə götürülmüş, oğlu Conatan isə "Solo" filminin ssenarisini yekunlaşdırmışdır. Əsas çəkilişlər 2017-ci ilin yanvarında "Pinewood Studios" studiyasında Fil Lord və Kristofer Millerin rejissorluğu ilə başlamışdır. Onların hər ikisi 2017-ci ilin iyununda "Lucasfilm" ilə "yaradıcı fikir ayrılıqları" səbəbindən işdən çıxarılmış və Hovard onların yerinə işə götürülmüşdür. Ən azı 275 milyon dollarlıq istehsal büdcəsinə malik "Solo" indiyə qədər çəkilmiş ən bahalı filmlərdən biridir.

"Solo" 25 may 2018-ci ildə ABŞ-də yayımlanmış, ümumi mənzərədə müsbət rəylər almışdır. Tənqidçilər filmin aktyor heyətini, vizualları, musiqisini və döyüş səhnələrini yüksək qiymətləndirmiş, lakin onun kinematoqrafiyası və tonunu tənqid etmişdir. Buna baxmayaraq, "Solo" dünya miqyasında cəmi 393,2 milyon dollar gəlir əldə edərək gəlir baxımından ən uğursuz "Ulduz müharibələri" filminə çevrilmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Ulduz müharibələri filmləri Kateqoriya:Ulduz müharibələri spin-off filmləri Kateqoriya:2018-ci ilin filmləri Kateqoriya:2018-ci ilin 3D filmləri Kateqoriya:2010-cu illərin elmi fantastika döyüş filmləri Kateqoriya:ABŞ filmləri Kateqoriya:ABŞ-nin fantastika filmləri Kateqoriya:ABŞ-nin elmi-fentezi filmləri Kateqoriya:ABŞ-nin elmi fantastika döyüş filmləri Kateqoriya:ABŞ-nin 3D filmləri Kateqoriya:ABŞ-nin sikvel filmləri Kateqoriya:Vestern filmləri Kateqoriya:Pilotlar haqqında filmlər Kateqoriya:Ron Hovardın filmləri Kateqoriya:Pinewood Studios filmləri Kateqoriya:İtaliyada çəkilən filmlər Kateqoriya:İspaniyada çəkilən filmlər Kateqoriya:IMAX filmləri Kateqoriya:Lucasfilm filmləri Kateqoriya:Filmdə hərəkət tutma Kateqoriya:2018-ci ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin soyğun filmləri Kateqoriya:ABŞ-nin döyüş-macəra filmləri Kateqoriya:2018-ci ilin elmi fantastika döyüş filmləri Kateqoriya:İngilis dilində döyüş macəra filmləri Kateqoriya:İngilis dilində elmi fantastika döyüş filmləri Kateqoriya:İngilis dilində vestern filmləri Kateqoriya:İngilis dilində cinayət filmləri Kateqoriya:Walt Disney Pictures filmləri Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri Kateqoriya:Con Pauellin bəstəkarı olduğu filmlər Kateqoriya:Kanar adalarında çəkilən filmlər Kateqoriya:Komediya filmləri Kateqoriya:İspanca filmlər