Fallout 2: A Post Nuclear Role Playing Game () və ya sadəcə Fallout 2 () — "Black Isle Studios" tərəfindən hazırlanan və "Interplay Entertainment" tərəfindən nəşr olunan növbəyə əsaslanan postapokaliptik açıq dünya rol videooyunu. "Fallout" oyun seriyasındakı 2-ci epizoddur. Oyun 29 oktyabr 1998-ci il tarixində dünya miqyasında "Mac OS X" və "Microsoft Windows" platformaları üçün satışa çıxarılmışdır. Oyunun hadisələri ABŞ-nin Kaliforniya ştatında cərəyan edir. Oyunun əsas hekayəsi özündən əvvəlki "Fallout"un hadisələrindən 80 il sonra, "Böyük müharibə"dən () isə 164 il sonra, yəni 2241-ci ildə baş verir

Oyunçu seriyanın birinci epizodunun protaqonisti "sığınacaq sakini"nin nəvəsi "seçilmiş"i idarə edir. Oyunçu personajın vəzifəsi Arroyo kəndindəki primitiv, dinc tayfasını aclıqdan xilas etməkdir. Bu kənd 13 nömrəli sığınacağın keçmiş sakinləri tərəfindən qurulmuşdur və oyunçu personaj onları xilas etmək üçün həmin sığınacağın xarabalıqlarında "Ədən bağı yaratma dəsti" ( ƏBKG; , GECK) kimi tanınan qədim ekoloji təmir maşınını tapmaqlıdır. Oyunçu personaj bunu yerinə yetirdikdən sonra tayfasının keçmiş ABŞ federal hökumətinin səlahiyyətinə iddia irəli sürən "Anklav" () tərəfindən fəth edildiyini öyrənir. Oyunçu öz tayfasını əsarət və ölümdən xilas etmək üçün onlarla mübarizə aparmalıdır.

"Fallout" tənqidçilər tərəfindən müsbət rəylər almışdır. Müsbət fikirli tənqidçilər oyunun geympleyi və süjet xəttini bəyənmiş, onu orijinal "Fallout"un layiqli davamçısı kimi qiymətləndirmişdir. Buna baxmayaraq, tez-tez müşahidə olunan baqlar və birinci oyunla müqayisədə çox da təkmilləşdirilməməsi videooyunun bir neçə qrup və jurnallar tərəfindən mülayim tənqidlərə məruz qalmasına səbəb olmuşdur.

İstinadlar

Xarici keçidlər

Fallout 2 — seriyanın rəsmi Vikiyasında.

Kateqoriya:Fallout oyunları Kateqoriya:Interplay Entertainment oyunları Kateqoriya:Rol videooyunları Kateqoriya:1998-ci ilin videooyunları Kateqoriya:MacOS videooyunları Kateqoriya:Windows videooyunları Kateqoriya:Hadisələrin Kaliforniyada cərəyan etdiyi videooyunlar Kateqoriya:Hadisələrin Nevadada cərəyan etdiyi videooyunlar Kateqoriya:Hadisələrin Oreqonda cərəyan etdiyi videooyunlar Kateqoriya:Hadisələrin XXII əsrdə cərəyan etdiyi videooyunlar Kateqoriya:Birnəfərli videooyunlar Kateqoriya:Alternativ sonluqlu videooyunlar Kateqoriya:Protaqonistlərin genderlərini seçmək imkanı yaradan videooyunlar Kateqoriya:ABŞ videooyunları Kateqoriya:Hadisələrin XXIII əsrdə cərəyan etdiyi videooyunlar Kateqoriya:Mütəşəkkil cinayətkarlıq haqqında videooyunlar Kateqoriya:Videooyun sikvelləri Kateqoriya:LGBT videooyunlar