Marvel Kinematoqrafiya Kainatı (ing. Marvel Cinematic Universe, qısaca MCU) filmləri Marvel Comics-in cizgi romanlarına əsaslanan və Marvel Studios tərəfindən hazırlanan Amerika istehsalı superqəhrəman filmləri seriyasıdır. MCU bütün filmlərin toplandığı ümumi fantastika dünyasıdır. Filmlər 2007-ci ildən başlayaraq çəkilməyə davam edir. Bu müddət ərzində Marvel Studios ümumilikdə iyimi üç film hazırlamışdır. Gələcəkdə çıxacaq ən az on beş film isə hazırlanma mərhələlərindədir. Kinematoqrafiya kainatı dünya üzrə 22,5 milyard dollardan çox gəlir əldə edərək tarixin ən çox qazanan film seriyası olmuşdur. Bu maliyyə nəticəsinə inflyasiyasız hesabla tarixin ən çox gəlir əldə edən ikinci filmi olan Qisasçılar: Final da daxildir. 2021-ci ildən etibarən ən çox gəlir əldə edən ilk iyirmi beş filmin səkkizi Marvel Studios-a aiddir.
Kevin Fayqi bütün seriyada, Avi Arad ilk iki filmdə, Qale Anne Hard İnanılmaz Halk-da, Emi Paskal Hörümçək-adam filmlərində, Setefen Broussard Qarışqa-adam və Eşşək arısı filmində və Conatan Skuartz isə Şanq-Çi və on üzük əfsanəsi filmində prodüserlik vəzifəsini öz üzərlərinə götürmüşlər. Filmlərin ssenaristləri və rejissorları müxtəlif şəxslər olur. Filmlər əsasən geniş aktyor heyətinə sahibdir: Robert Dauni, Kris Evans, Mark Ruffalo, Kris Hemsvort, Skarlet Yohansson və Ceremi Renner də daxil olmaqla bir çox aktyor və aktrisa seriyada yer almaq üçün uzun müddətli müqavilələr imzalamışdır.
Marvel Studios filmlərini "Dönəm" adlı qruplar formasında yayımlayır. Seriyadakı ilk dönəmin ilk filmi Paramount Pictures-in distribütori olduğu Dəmir adam-dır (2008). Paramount həmçinin Dəmir adam 2 (2010), Tor (2011) və Kapitan Amerika: Birinci qisasçı (2011); Universal Pictures isə İnanılmaz Halk (2011) filminə distribütorlik etmişdir. The Walt Disney Studios Motion Pictures filmlərə distribütorlik etməyə Qisasçılar (2012) ilə başlamışdır. Bununla da birinci dönəm bitmişdir. İkinci dönəm; Dəmir adam 3 (2013), Tor: Qaranlıq dünya (2013), Kapitan Amerika: Qış əsgəri (2014), Qalaktika mühafizəçiləri (2014), Qisasçılar: Altron dövrü (2015) və Qarışqa-adam filmindən (2015) ibarətdir.
Kapitan Amerika: Vətəndaş müharibəsi (2016) üçüncü dönəmin ilk filmidir. Dönəmi Doktor Strenc (2016), Qalaktika mühafizəçiləri 2 (2017), Hörümçək-adam: Evə qayıdış (2017), Tor: Raqnarok (2017), Qara pantera (2018), Qisasçılar: Sonsuzluq savaşı (2018), Qarışqa-adam və Eşşək arısı (2018), Kapitan Marvel (2019), Qisasçılar: Final (2019) və Hörümçək-adam: Evdən uzaqda (2019) filmləri davam etdirir. İlk üç dönəm ümumilikdə "The Infinity Saga" olaraq tanınır. Hörümçək-adam filmlərinin müəllif hüquqları, maliyyəsi və distribütorliyi Sony Pictures-ə aiddir.
Dördüncü dönəmin filmlərinin Qara dul (2021), Şanq-Çi və on üzük əfasənəsi (2021), Əbədilər (2021), Hörümçək-adam: Evə yol yoxdur (2021), Doktor Strenc: Dəlilik multikainatında (2022), Tor: Sevgi və İldırım (2022), Qara pantera: Əbədi Vakanda (2022), Marvellər (2023), Qarışqa-adam və Eşşək arısı: Quantumania (2023), Qalaktika mühafizəçiləri 3 (2023) və İnanılmaz Dörtlük filmləri olacağı açıqlanmışdır. Bu dönəmdə kinoteatr filmlərindən əlavə Disney+ üçün hazırlanacaq on iki televiziya serialı və bir xüsusi televiziya proqramı mövcuddur. Əlavə olaraq 2023-cü il üçün daha iki film hazırlanma mərhələsindədir.
Filmlər
The Infinity Saga Birinci dönəmdən üçüncü dönəmə qədər olan filmlər ümumilikdə "The Infinity Saga" adlanır. Infinity Saga filmlərinin əsas mövzusu sonsuzluq daşlarının toplanması və Qisasçılar komandasının Tanosa qarşı olan savşıdır. Birinci dönəmSıraAzərbaycanca adıOrijinal adıRejissorSsenarist(lər)Prodüser(lər)İlk baxış1Dəmir AdamIron ManCon FavreauMett Hollouey, Art Markum, Mark Ferqus və Hauk OstbiEvi Ared ve Kevin Fayqi ABŞ 2 may 20082İnanılmaz HalkThe Incredible HulkLuis LeterrierZek Penn, Edüard Norton və Luis LeterrierEvi Arad, Qale Anne Hard və Kevin Fayqi ABŞ 13 iyun 20083Dəmir adam 2Iron Man 2Con FavreauCastin TerouksKevin Fayqi ABŞ 7 may 20104TorThorKennet BranaqMark Protoseviç, Aşley Miller və Zek Stentz ABŞ 6 may 20115Kapitan Amerika: Birinci qisasçıCaptain America: The First AvengerCoe ConstonKristofer Markus və Stefen Makfili ABŞ 22 may 20116QisasçılarThe AvengersCoss UhedonZek Penn və Coss Uhedon ABŞ 4 may 2012
Dəmir adam (2008)
thumb|Dəmir adam və İnanılmaz Halk filmlərinin prodüseri Evi Arad Silah istehsal edən Stark lndustries-i atası Houard Starkdan miras alan Antoni "Toni" Stark "Ceriko" adlı yeni raketini nümayiş etdirmək üçün dostu və hərbi əlaqə zabiti Polkovnik-leytenant Ceyms Rouds ilə birlikdə müharibənin davam etdiyi Əfqanıstana gəlir. Raketin Amerika Birləşmiş Ştatları Ordusunun komandirlərinə göstərilməsindən sonra, Starkın da içində olduğu konvoy pusquya düşürülür və Stark hücum edənlər tərəfindən istifadə edilən, öz şirkətinə aid raketlə ciddi formada yaralanır. "Ten Rings" (On Üzük") adlı terrorist qrupu tərəfindən tutulub mağarada həbs edilir. Onunla birlikdə həbs olunmuş Doktor Yinsen Starkı yaralayan qəlpə parçalarının ürəyinə çatmağının və onu öldürməyinin qarşısını almaq üçün Starkın sinəsinə elektromaqnit yerləşdirir. "Ten Rings"-in lideri Raza terroristlər üçün Ceriko raketi inşa etməsinin qarşılığında Starka azadlıq təklif edir, amma o və Yinsen elektromaqnitini güclə təmin etmək üçün qövs reaktoru adı verilən kiçik və güclü elektrik generatoru hazırlayıb qaçmaq üçün prototip zireh inşa edirlər. Əsirlikdən xilas olan Stark satılan silahların ardınca getmək üçün zirehini daha çox təkmilləşdirməyə və istifadə etməyə qərar verir.
2006-cı ilin aprel ayında Marvel Dəmir adam-a prodüserlik etmək üçün Con Favreauyu işə gətirdi. Ardınca Art Maktum-Mett Hollouey ilə Mark Ferqus-Hauk Ostbiyə ayrı olaraq iki ssenari yazıdırıldı və Favreau hər iki layihəni bir ssenaridə birləşdirdi. Sonda hazır olan ssenariyə Con Avqust tərəfindən də bir neçə əlavə və düzəltmə edildi. Robert Dauni Marvel daxilindəki dissident fikirlərə baxmayaraq 2006-cı ilin sentyabr ayında baş rolda yer aldı. Əsas çəkilişlər 12 mart 2007-ci ildə başladı. Starkın Əfqanıstandakı əsirliyində keçirilən ilk bir neçə həftə Kaliforniyanın İnyo qraflığında çəkildi. Həmçinin Edüards Hava Bazası və Nevada ştatının Las-Veqas şəhərində yerləşən Caesars Palace adlı otel çəkilişlər üçün istifadə edildi. Dəmir adam-ın premyerası 14 aprel 2008-ci ildə Sidneydəki Qreater Union salonunda keçirildi. 30 apreldə beynəlxalq formada, 2 mayda ABŞ-də ilk baxışı baş tutdu.
Film Qisasçıları qurmaq hədəfi ilə Starka yaxınlaşan Niki Furi rolundakı Samuel Ceksonun yer aldığı "post-credits" səhnəsi ilə sona çatmışdır. Favreau səhnənin Qisasçılar üçün hazırlıq mərhələsi olduğunu açıqlamışdır.
İnanılmaz Halk (2008)
General Taddeus "Tunderbolt" Ross insanları qamma şüalanmasına qarşı immunizasiya etməyi məqsəd qoyduğunu deyərək sınaq üçün qızı Bettinin iş yoldaşı və sevgilisi Dr. Robert Brüs Benner ilə görüşür. Rossun yenidən yaratmağı düşündüyü İkinci Dünya müharibəsi dövrü "super əsgər" proqramının bir hissəsi olan sınaq uğursuz olur, amma qamma şüalanmasına məruz qalan Bennerin ürək döyüntü surəti 200-ü keçir və qısa müddətli Halka çevrilir. Halk laborotoriyanı və ətrafını məhv edir. İçəridəki bir neçə adamı öldürür və generalla Bettini bayırdakı digər insanlarla birlikdə yaralayır. Benner ABŞ ordusundan və xüsusilə Halkı silahlandırmaq istəyən Rossdan qaçmağa çalışır.
2006-cı ilin yanvar ayında rejissor Anq Lii 2003-cü il istehsalı Halkın davam filmi üçün lazım olan son təslimat tarixini qarşılaya bilmədi. Buna görə Marvel personajın film haqlarını Universal Pictures-dən geri aldı. Ardınca yeni davam filmi ilə irəliləmək əvəzinə İnanılmaz Halkı yenidən başlatmaq üçün rejissor Luis Leterrierə təklif göndərdi. Leterrier ilk başda iş yoldaşı Liiyə olan hörmətinə görə təklifi rədd etdi, amma daha sonra yenidən dəyərləndirib müqaviləni imzaladı. Ssenari 2003-cü il filmi üçün də qaralama hazırlayan Zek Penn tərəfindən yazıldı. 2007-ci ilin aprel ayında Edvard Nortonun Benneri canlandıracağı açıqlandı. Çəkilişlər 9 iyul 2007-ci ildə başladı və əsasən Torontoda davam etdi. Nyu-York və Rio-de-Janeyroda da əlavə çəkilişlər aparıldı. Qala gecəsi 8 iyun 2008-ci ildə Qibson amfiteatrında keçirildi və film 13 iyunda ilk baxışa çıxarıldı. 112 dəqiqəlik müddətlə kinematoqrafiya kainatında hazırlanmış ən qısa film oldu.
Film Dəmir adamda gerçəkləşən hadisələrdən altı ay sonra baş verən Dəmir adam 2 və Tor ilə eyni müddətdə irəliləyirdi. Robert Dauni filmin sonunda göstərilən "post-credits" səhnəsində Toni Stark rolunu qısa müddətinə təkrar oynamışdır. Robert Dauni bu səhnə üçün "Superqəhrəmanlarımız haqqında fikir alqı-satqısı edirdik Bu əsasən mənim ona (Uilliam Hartın rolu general Rossa) yaxınlaşdığım səhnə oldu. Biz birlikdə bir növ şərikliyə girməyi düşünə bilərik. Bu, gözəl bir şeydir, elə deyilmi? Çox şey demək istəmirəm, amma onu tapanda bərbad vəziyyətdə idi." açıqlamasını vermişdir.
Dəmir adam 2 (2010)
left|thumb|Dəmir adam və Dəmir adam 2 filmlərinin rejissoru Con Favreau. Samuel Ceksonu Dəmir adamın "post-credits" səhnəsinə gətirərək ortaq kainatın yaranmasına kömək oldu.
Toni Stark Dəmir adam olduğunu deyəndən sonra ABŞ hökuməti Starkdan sahib olduğu texnologiyanı hökumətə verməyini istəyir. Bu arada Rusiya mətbuatı da Starkın açıqlamasını gündənə gətirib. Alim İvan Vanko xəbəri görür və köhnə qan davasından intiqam almaq üçün Toninin hazırladığına oxşayan miniatür qövs reaktoru hazırlamağa qərar verir.
2008-ci ilin may ayında Dəmir adamın yaymlanmasının ardınca Marvel Studios Dəmir adam 2 davam filmini istehsal etdiyini açıqladı. Favreau rejissor olaraq geri qayıtdı və Casti Terouks Favreau və Douninin orijinal ssenarisinə əsaslanan davam ssenarisi yazmaq üçün ssenaristlik işinə geri qayıtdı. 2008-ci ilin oktyabr ayında Dauni rolunu yenidən canladırmaq üçün geriyə qayıdaraq dörd filmlik müqavilə imzaladı. Don Çidl Cems Rouds rolu üçün Terrense Houardın əvəzinə aktyor heyətinə qatıldı. Samuel Cekson Dəmir adamın "post-credits" səhnəsində yer aldığına görə Nik Furi rolunu yenidən canlandırmaq üçün doqquz filmlik müqavilə imzaladı. Skarlet Yohansson Qara dul rolunu ilk dəfə bu filmdə oynadı. Əsas çəkilişlər 6 aprel 2009-cu ildə Pasadenada yerləşən Pasadena Mason məbədində başladı. Çəkilişlərin çox hissəsi Manhetten sahilində yerləşən Reliq studiolarında aparıldı. Dəmir adam 2 filminin premyerası 26 aprel 2010-cu ildə Los-Ancelesdə El Capitan Theatre-də baş tutdu. Film 7 mayda ABŞ-də ilk baxışa çıxarıldı.
Film Dəmir adamda gerçəkləşən hadisələrdən altı ay sonra başlayıb İnanılmaz Halk və Torla eyni müddətdə irəliləyir. Prodüserlər filmdəki səhnəyə Kapitan Amerikanın qalxanını əlavə edərək digər Marvel filmlərinə istinad etməyə davam etdilər. "Post-credits" səhnədə Torla əlaqəli olan, Nyu-Meksiko ştatındakı kraterdə kəşf edilmiş Mjölnirin (Torun çəkici) qısa görüntüsü yer alır.
Tor (2011)
Odin oğlu Torun savaş anında etdiyi arsız səhvə görə ilahi güclərini əlindən alır və Dünyaya sürgün edir. Bu anda ögey qardaşı Loki Asqard taxtını ələ keçirməyi planlayarkən, Tor da ilahi gücə layiq olduğunu sübut etmək və çəkici Mjölniri geri almaq üçün planlar hazırlayır.https://web.archive.org/web/20180518085146/https://www.marvel.com/movies/thor