Abdullah ibn Zeyd (, ) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. Yuxuda Məhəmməd peyğəmbərin təsdiq etdiyi azan qaydalarını və sözlərini görən şəxs. Bu səbəbdən ona Sahib əl-azan (azanın banisi) ləqəbi verilmişdir. Bioqrafiya Abdullah ibn Zeyd Mədinənin Xəzrəc qəbiləsindən idi. O, Əqəbədə Məhəmməd peyğəmbərə beyət edən ənsarlardan və Mədinədə ilk müsəlmanlardan biri idi. Müsəlmanlar Məkkədən Mədinəyə hicrətindən sonra müsəlmanların müşriklərlə döyüşlərində və digər mühüm tarixi hadisələrdə iştirak etmişdir. Məkkənin fəth edildiyi gün o, Xəzrəc qəbiləsinin dəstələrinin bayraqdarı idi.

Hicri 1-ci ildə Məscidül-Nəbi məscidinin tikintisi başa çatdıqdan sonra Abdullah yuxuda azan səsini eşidir və bu barədə Məhəmməd peyğəmbərə xəbər verir. Abdullah ibn Zeydin dediyi bildirilir

Abdullah ibn Zeyd xəlifə Osman ibn Əffanın hakimiyyəti dövründə təxminən 64 yaşında vəfat etmişdir.

İstinadlar

Kateqoriya:Səhabələr Kateqoriya:Ənsarilər