Xəbbab ibn əl-Ərat (, ) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. Əbu Yəhya, Əbu Abdullah, Əbu Məhəmməd və ya Əbu Əbd-Rəbbihi ləqəblərini daşıyırdı. Bioqrafiya Bənu Təmim qəbiləsindən olmuşdur. Kiçik yaşlarından əsir düşmüş, Məkkəyə gətirilmişdir. Xuza qəbiləsindən olan Ümmü Ənmarın qulu olmuşdur.
Xəbbab 15 yaşında İslamı qəbul etmişdir. O, İslamı qəbul edən altıncı şəxs olur. Sahibəsi və digər məkkəli bütpərəstlər tərəfindən işgəncələrə məruz qalan ilk müsəlmanlardan biri idi. Şüheyb ər-Rumi, Bilal Həbəşi, Əmmar ibn Yasir, Süməyyə binti Həyat kimi o da məkkəli olmadığı və heç bir məkkəli ailənin və ya qəbilə himayəsində olmadığı üçün Xəbbabın mövqeyini çətinləşdirirdi. Onların hamısı imanlarına görə müxtəlif ağrılı işgəncələrə məruz qalır, lakin fikirlərindən əl çəkmirlər. Xəbbabın bədəninə qaynar daşlar və dəmir vurulur, lakin o, müqavimət göstərir və İslamdan imtina etmir. Xəbbabın bədəni işgəncə ilə eybəcər hala salınmışdır.
622-ci ildə Həbbab digər müsəlmanlarla birlikdə Məkkədən Mədinəyə hicrət edir. Orada müsəlman cəmiyyətinin möhkəmlənməsində iştirak edir. Xəlifələr Əbu Bəkr və Ömərin dövründə xilafət düşmənləri ilə döyüşlərdə iştirak etmişdir. 658-ci ildə 63 yaşında vəfat etmişdir.
İstinadlar
Kateqoriya:Səhabələr Kateqoriya:Əhli-süffə Kateqoriya:Ravilər Kateqoriya:Ərəb olmayan səhabələr